preloader
QHT-lərdə çalışan sosial işçilər təlimə cəlb olunub

QHT-lərdə çalışan sosial işçilər təlimə cəlb olunub

QHT-lərdə çalışan sosial işçilər təlimə cəlb olunub

Səhiyyə Nazirliyi Respublika QİÇS-lə Mübarizə Mərkəzinin təşəbbüsü və Qlobal Fondun dəstəyi ilə 2025-ci ilin təlim proqramı çərçivəsində “2025-ci il üzrə Profilaktik proqramların qiymətləndirilməsi və yeni yanaşmalar” mövzusunda növbəti təlim keçirilib.
Növbəti təlim İnsanın İmmunçatışmazlığı Virusuna (İİV) yoluxmağa həssas əhali qrup nümayəndələri arasında profilaktik işlərə cəlb olunan qeyri-hökumət təşkilatlarının əməkdaşları -sosial işçilər üçün təşkil olunub. İştirakçılara İİV/QİÇS-in yoluxma yolları, yayılması, profilaktik proqramlarda yeni yanaşmaların vacibliyi barədə məlumatlar verilib.
Tədbirdə “Azərbaycanda və dünyada İİV epidemiyası ilə bağlı vəziyyət”, “Monitorinqlər zamanı qarsıya çıxan problemlər, tövsiyələr, tövsiyələrin icrası”, “2025-ci il üzrə Profilaktik proqramların detallı qiymətləndirilməsi və yeni yanaşma” adlı təqdimatlar dinlənilib, mövzular ətrafında müzakirələr aparılıb. İnteraktiv müzakirələr aparılıb.
Sonda iştirakçılara sertifikatlar təqdim edilib.