Səhiyyə Nazirliyi Respublika QİÇS-lə Mübarizə Mərkəzinin təşəbbüsü ilə Bakı Beynəlxalq Avtovağzal Kompleksində İnsanın İmmunçatışmazlığı Virusunun (İİV) erkən aşkarlanması məqsədilə maarifləndirmə və müayinə aksiyası təşkil olunub. Məqsəd xəstəliyin vaxtında aşkarlanması, yayılma riskinin azaldılması və əhali arasında maarifləndirmənin gücləndirilməsidir.
Aksiya zamanı təcrübəli həkimlər Avtovağzal əməkdaşları və vətəndaşlara İİV və Qazanılmış İmmun Çatışmazlığı Sindromu (QİÇS), yoluxma yolları, profilaktika üsulları, müayinə və müalicə imkanları barədə ətraflı məlumat veriblər. Bildirilib ki, Respublika QİÇS-lə Mübarizə Mərkəzində müayinə və müalicə anonim və ödənişsiz həyata keçirilir.
Aksiya çərçivəsində iştirakçıların sualları cavablandırılıb, maarifləndirici broşur və bukletlər paylanıb, Avtovağzal əməkdaşları və vətəndaşlar üçün İİV-ə ekspres-test imkanı yaradılıb.

