preloader
Sumqayıt Regional Laboratoriyasında Sumqayıt Tibb Kollecinin tələbələri ilə görüş təşkil olunub

Sumqayıt Regional Laboratoriyasında Sumqayıt Tibb Kollecinin tələbələri ilə görüş təşkil olunub

Sumqayıt Regional Laboratoriyasında Sumqayıt Tibb Kollecinin tələbələri ilə görüş təşkil olunub

Səhiyyə Nazirliyi Respublika QİÇS-lə Mübarizə Mərkəzinin (RQMM) Sumqayıt Regional Laboratoriyasında Əziz Əliyev adına Sumqayıt Tibb Kollecinin tələbələri ilə maarifləndirici görüş təşkil olunub.
Görüşün əsas məqsədi tələbələrin İİV infeksiyası ilə bağlı biliklərinin artırılması, müayinə prosesinin mərhələləri ilə yaxından tanış edilməsi və profilaktik tədbirlər barədə ətraflı məlumatlandırılması idi. Tədbir çərçivəsində tələbələr laboratoriyanın fəaliyyəti, müasir diaqnostik üsullar və test prosedurlarının tətbiqi ilə yerində tanış olmaq imkanı əldə ediblər.
Mütəxəssislər tərəfindən tələbələrə İİV-ə testləşmə prosesinin mərhələləri, analizlərin aparılma qaydaları, nəticələrin düzgün izahı və konfidensiallıq prinsipləri haqqında geniş izahat verilib. Bununla yanaşı, iştirakçılara infeksiyanın profilaktikası, risk faktorlarının azaldılması, erkən diaqnostikanın əhəmiyyəti və sağlam həyat tərzinin təşviqi istiqamətində peşəkar məsləhətlər verilib. Belə maarifləndirici tədbirlərin keçirilməsinin, İİV infeksiyasının erkən aşkar olunmasına və onun yayılmasının qarşısının alınmasına mühüm töhfə verdiyi xüsusi qeyd edilib.
Görüş interaktiv müzakirələr şəklində davam edib, tələbələri maraqlandıran suallar mütəxəssislər tərəfindən ətraflı cavablandırılıb.