preloader
Bakıdakı 30 nömrəli tam orta ümumtəhsil məktəbində maarifləndirmə aksiyası keçirilib

Bakıdakı 30 nömrəli tam orta ümumtəhsil məktəbində maarifləndirmə aksiyası keçirilib

Bakıdakı 30 nömrəli tam orta ümumtəhsil məktəbində maarifləndirmə aksiyası keçirilib

Səhiyyə Nazirliyi Respublika QİÇS-lə Mübarizə Mərkəzi 30 nömrəli tam orta ümumtəhsil məktəbində “Sağlam gələcək sənin əlindədir” adlı maarifləndirmə aksiyası təşkil edib.
Respublika QİÇS-lə Mübarizə Mərkəzi tərəfindən fəaliyyət planına uyğun olaraq və “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə, və narkomanlığa qarşı mübarizəyə dair 2026-2030-cu illər üçün Dövlət Proqramı”nın icrası ilə əlaqədar İİV/QİÇS və narkomaniyanın fəsadları ilə bağlı maarifləndirici tədbir həyata keçirilib.
Respublika QİÇS-lə Mübarizə Mərkəzinin mütəxəssisi İlhamə Quliyeva xüsusi hazırlanmış təqdimatla çıxış edərək İnsanın İmmunçatışmazlığı Virusu (İİV) və Qazanılmış İmmun Çatışmazlığı Sindromu (QİÇS) barədə ətraflı məlumat verib, habelə narkomaniya və onun fəsadları barədə iştirakçıları maarifləndirib. Eyni zamanda, İİV infeksiyasının yoluxma yolları, ondan qorunma üsulları və müalicə imkanları barədə məlumat verilib. Gənclərin sağlam həyat tərzinə üstünlük vermələri tövsiyyə olunub.
Tədbir interaktiv formatda davam edib, şagirdləri maraqlandıran suallar cavablandırılıb, sonda maarifləndirici broşür və bukletlər paylanıb.