preloader
Gəncə şəhəri 13 nömrəli tam orta məktəbdə İİV-lə bağlı maarifləndirici aksiya keçirilib

Gəncə şəhəri 13 nömrəli tam orta məktəbdə İİV-lə bağlı maarifləndirici aksiya keçirilib

Gəncə şəhəri 13 nömrəli tam orta məktəbdə İİV-lə bağlı maarifləndirici aksiya keçirilib

Səhiyyə Nazirliyi Respublika QİÇS-lə Mübarizə Mərkəzi Gəncə şəhəri 13 nömrəli tam orta məktəbdə “Sağlam gələcək sənin əlindədir” adlı maarifləndirmə aksiyası təşkil edib.
Səhiyyə Nazirliyi Respublika QİÇS-lə Mübarizə Mərkəzi tərəfindən fəaliyyət planına uyğun olaraq və “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə, və narkomanlığa qarşı mübarizəyə dair 2026-2030-cu illər üçün Dövlət Proqramı”nın icrası ilə əlaqədar İİV/QİÇS, narkomaniya, onun fəsadları ilə bağlı maarifləndirici tədbir həyata keçirilib.
Respublika QİÇS-lə Mübarizə Mərkəzinin Gəncə Regional Laboratoriyasının mütəxəssisi Ülkər Qurbanova xüsusi hazırlanmış təqdimatla çıxış edərək İnsanın İmmunçatışmazlığı Virusu (İİV) və Qazanılmış İmmun Çatışmazlığı Sindromu (QİÇS) barədə ətraflı məlumat verib, habelə narkomaniya və onun fəsadları barədə iştirakçıları maarifləndirib.
Çıxış zamanı İİV infeksiyasının yoluxma yolları, ondan qorunma üsulları və müalicə imkanları barədə məlumat verilib. Gənclər sağlam həyat tərzinə üstünlük verməyə, məsuliyyətli davranmağa dəvət olunub.
Tədbir interaktiv formatda davam edib, şagirdləri maraqlandıran suallar cavablandırılıb, sonda maarifləndirici broşür və bukletlər paylanıb.