preloader
Səssiz təhlükəyə qarşı güclü səs – BSU-da QİÇS-ə qarşı maarifləndirmə

Səssiz təhlükəyə qarşı güclü səs – BSU-da QİÇS-ə qarşı maarifləndirmə

Səssiz təhlükəyə qarşı güclü səs – BSU-da QİÇS-ə qarşı maarifləndirmə

Bakı Slavyan Universitetində “Özünü QİÇS-dən qoru” adlı maarifləndirmə aksiyası keçirilib. Tədbir Səhiyyə Nazirliyi Respublika QİÇS-lə Mübarizə Mərkəzinin (RQMM) təşəbbüsü ilə təşkil olunub və universitetin tələbələrinin iştirakı ilə baş tutub. Aksiyanın məqsədi İnsanın İmmunçatışmazlığı Virusu (İİV) və Qazanılmış İmmun Çatışmazlığı Sindromu (QİÇS) barədə gəncləri məlumatlandırmaq, profilaktik tədbirlər barədə bilgiləndirmək olub. 

RQMM-in mütəxəssisi Emiliya Şahbazova təqdimatla çıxış edərək İİV/QİÇS-in yoluxma yolları, qarşısının alınması, erkən diaqnostika və müalicə imkanları haqqında ətraflı məlumat verib. Həkim Mərkəzdə müayinələrin anonim və ödənişsiz şəkildə aparıldığını, xəstəliyin vaxtında aşkarlanmasının ölüm hallarının qarşısını almaqda mühüm rol oynadığını qeyd edib. 

Tədbir çərçivəsində iştirakçıların fərdi sualları cavablandırılıb, maarifləndirici broşur və bukletlər paylanıb.