preloader
Səhiyyə Nazirliyinin Respublika QİÇS-lə Mübarizə Mərkəzi Azərbaycan Tibb Universitetində maarifləndirici seminar təşkil edib

Səhiyyə Nazirliyinin Respublika QİÇS-lə Mübarizə Mərkəzi Azərbaycan Tibb Universitetində maarifləndirici seminar təşkil edib

Səhiyyə Nazirliyinin Respublika QİÇS-lə Mübarizə Mərkəzi Azərbaycan Tibb Universitetində maarifləndirici seminar təşkil edib

Azərbaycan Tibb Universitetində (ATU) müəllim və tələbə heyətinin iştirakı ilə “İİV infeksiyası, diaqnostikası, müalicəsi və İİV/QİÇS-lə mübarizədə profilaktik tədbirlər” mövzusunda geniş maarifləndirici seminar keçirilib. Tədbirdə ATU rəhbərliyi və struktur bölmələrinin nümayəndələri iştirak edib.
Tədbirin açılışında universitetin tərbiyə işləri üzrə prorektoru, dosent Mahir Səfərov iştirakçıları salamlayaraq günün mahiyyətinə toxunub. O, İİV/QİÇS üzrə maarifləndirmənin cəmiyyət üçün strateji əhəmiyyət daşıdığını bildirib və seminarın həm tələbələr, həm də müəllim heyəti üçün məlumatlılıq səviyyəsinin artırılmasına mühüm töhfə verəcəyini vurğulayıb.
Seminar çərçivəsində Respublika QİÇS-lə Mübarizə Mərkəzinin direktor müavini Günəş Cəfərova ətraflı təqdimatla çıxış edib. O, İİV infeksiyasının epidemiologiyası, virusun ötürülmə yolları, risk qrupları, müasir profilaktik yanaşmalar, erkən diaqnostikanın və müalicənin əhəmiyyəti barədə geniş məlumat verib. Bununla yanaşı, İİV-ə yoluxmuş şəxslərdə müşahidə olunan opportunistik infeksiyalar, onların klinik xüsusiyyətləri və müalicə prinsipləri haqqında ətraflı izah təqdim edilib.
Tədbir iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb, sonda geniş müzakirə və sual-cavab formasında öz işini başa çatdırıb.