preloader
İİV-lə bağlı müayinələr götürülüb, maarifləndirmə işi aparılıb

İİV-lə bağlı müayinələr götürülüb, maarifləndirmə işi aparılıb

İİV-lə bağlı müayinələr götürülüb, maarifləndirmə işi aparılıb

Səhiyyə Nazirliyi Respublika QİÇS-lə Mübarizə Mərkəzinin təşkilatçılığı ilə “Dəniz Mall”da maarifləndirmə və müayinə aksiyası keçirilib. İnsanın İmmunçatışmazlığı Virusunun (İİV) ölkəmizdə yayılmasının qarşısını almaq və yoluxmuş şəxsləri erkən aşkarlamaq məqsədilə keçirilən aksiyada insanlar öz statusunu dəqiqləşdirib. Vətəndaşlara ticarət mərkəzində yaradılan guşədə sağlamlığa ciddi təhlükə olan İİV və QİÇS (Qazanılmış İmmun Çatışmazlığı Sindromu) haqqında məlumat verilib. Təcrübəli həkimlər tərəfindən insanlara xəstəliyin yoluxma yolları, profilaktikası, müayinəsi və müalicə imkanları barədə  ətraflı izah edilib. Ticarət mərkəzində yaratdığımız müayinə məntəqəsinə təşrif buyuranlara ödənişsiz və anonim qaydada İİV-ə ekspress-testdən keçmək imkanı yaradılıb. Eyni zamanda, İİV/QİÇS-ə aid broşurlar, bukletlər paylanıb, xəbərdaredici məlumatlar verilib.

Yaradılan şəraitə görə əməyi keçən hər kəsə təşəkkürümüzü bildiririk.