preloader
Kimya və Biologiya Təmayüllü Respublika Liseyinin şagirdləri İİV-lə bağlı maarifləndirilib

Kimya və Biologiya Təmayüllü Respublika Liseyinin şagirdləri İİV-lə bağlı maarifləndirilib

Kimya və Biologiya Təmayüllü Respublika Liseyinin şagirdləri İİV-lə bağlı maarifləndirilib

Səhiyyə Nazirliyi Respublika QİÇS-lə Mübarizə Mərkəzinin təşəbbüsü ilə Kimya və Biologiya Təmayüllü Respublika Liseyində “Özünü QİÇS-dən qoru” adlı maarifləndirici tədbir təşkil olunub. Tədbirdə gimnaziyanın şagirdləri və müəllimləri iştirak ediblər.

Respublika QİÇS-lə Mübarizə Mərkəzinin mütəxəssisi Zəminə Paşayeva şağirdlər üçün hazırlanmış xüsusi təqdimatla çıxış edərək, İnsanın İmmunçatışmazlığı Virusu (İİV) və Qazanılmış İmmun Çatışmazlığı Sindromu (QİÇS) haqqında ətraflı məlumat verib. Həkim virusun yoluxma yolları, qorunma və müalicə üsulları barədə danışıb, şagirdləri zərərli vərdişlərdən uzaq olmağa və bu mövzuda düzgün bilikləri vaxtında mənimsəməyə çağırıb.
Tədbirin sonunda şagirdlərin sualları cavablandırılıb. Onlara İİV/QİÇS mövzusunda maarifləndirici broşürlər və bukletlər paylanıb, xəbərdaredici məlumatlar təqdim edilib.