preloader
“Özünü QİÇS-dən qoru” – Peşə Təhsil Mərkəzinin tələbələri maarifləndirilib

“Özünü QİÇS-dən qoru” – Peşə Təhsil Mərkəzinin tələbələri maarifləndirilib

“Özünü QİÇS-dən qoru” – Peşə Təhsil Mərkəzinin tələbələri maarifləndirilib

 Səhiyyə Nazirliyi Respublika QİÇS-lə Mübarizə Mərkəzinin təşəbbüsü ilə Dəmir Yolu və Metropoliten üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində “Özünü QİÇS-dən qoru” adlı maarifləndirici tədbir təşkil olunub. Tədbirdə mərkəzin tələbələri və müəllimləri iştirak ediblər.

Respublika QİÇS-lə Mübarizə Mərkəzinin mütəxəssisi Günel Babayeva tələbələr üçün hazırlanmış xüsusi təqdimatla çıxış edərək, İnsanın İmmunçatışmazlığı Virusu (İİV) və Qazanılmış İmmun Çatışmazlığı Sindromu (QİÇS) haqqında ətraflı məlumat verib. Həkim virusun yoluxma yolları, qorunma və müalicə üsulları barədə danışıb, tələbələri zərərli vərdişlərdən uzaq olmağa və bu mövzuda düzgün bilikləri vaxtında mənimsəməyə çağırıb.     

Tədbirin sonunda tələbələrin sualları cavablandırılıb, onlara İİV/QİÇS mövzusunda maarifləndirici broşürlər və bukletlər paylanıb, xəbərdaredici məlumatlar təqdim edilib.