preloader
Şəkidəki Heydər Əliyev Mərkəzində “Özünü QİÇS-dən qoru” adlı maarifləndirici tədbir keçirilib

Şəkidəki Heydər Əliyev Mərkəzində “Özünü QİÇS-dən qoru” adlı maarifləndirici tədbir keçirilib

Şəkidəki Heydər Əliyev Mərkəzində “Özünü QİÇS-dən qoru” adlı maarifləndirici tədbir keçirilib

Səhiyyə Nazirliyi Respublika QİÇS-lə Mübarizə Mərkəzinin təşəbbüsü ilə Şəki şəhəri Heydər Əliyev Mərkəzində “Özünü QİÇS-dən qoru” adlı maarifləndirici tədbir təşkil olunub.

Respublika QİÇS-lə Mübarizə Mərkəzinin Şəki Regional Laboratoriyasının mütəxəssisi Kəmalə Abdullayeva tələbələr üçün hazırlanmış xüsusi təqdimatla çıxış edərək, İnsanın İmmunçatışmazlığı Virusu (İİV) və Qazanılmış İmmun Çatışmazlığı Sindromu (QİÇS) haqqında ətraflı məlumat verib. Həkim virusun yoluxma yolları, qorunma və müalicə üsulları barədə danışıb, tələbələri zərərli vərdişlərdən uzaq olmağa və bu mövzuda düzgün bilikləri vaxtında mənimsəməyə çağırıb.
Tədbirin sonunda tələbələrin sualları cavablandırılıb. Onlara İİV/QİÇS mövzusunda maarifləndirici broşürlər və bukletlər paylanıb, xəbərdaredici məlumatlar təqdim edilib.