Səhiyyə Nazirliyi Respublika QİÇS-lə Mübarizə Mərkəzinin təşəbbüsü ilə Lənkəran şəhər Rasim Məmmədov adına 5 nömrəli tam orta ümumtəhsil məktəbində “Özünü QİÇS-dən qoru” adlı maarifləndirici tədbir təşkil olunub. Tədbirdə məktəbin yuxarı sinif şagirdləri və müəllimləri iştirak ediblər.
Respublika QİÇS-lə Mübarizə Mərkəzinin Lənkəran Regional Laboratoriyasının mütəxəssisi Çiçək Bağırova məktəblilər üçün hazırlanmış xüsusi təqdimatla çıxış edərək, İnsanın İmmunçatışmazlığı Virusu (İİV) və Qazanılmış İmmun Çatışmazlığı Sindromu (QİÇS) haqqında ətraflı məlumat verib. O, virusun yoluxma yolları, qorunma və müalicə üsulları barədə danışıb, şagirdləri zərərli vərdişlərdən uzaq olmağa və bu mövzuda düzgün bilikləri vaxtında mənimsəməyə çağırıb.
Tədbirin sonunda şagirdlərin sualları cavablandırılıb, onlara İİV/QİÇS mövzusunda maarifləndirici broşürlər və bukletlər paylanıb, xəbərdaredici məlumatlar təqdim olunub.
