Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən Respublika QİÇS-lə Mübarizə Mərkəzinin şöbə müdirləri Arzu Məmmədova və Səbinə İbrahimova səhiyyə sahəsində uzunmüddətli və səmərəli fəaliyyətlərinə, yüksək peşəkarlıqlarına və fədakar xidmətlərinə görə fəxri fərmanla təltif olunublar.
Bu yüksək təltifə layiq görülmələri münasibətilə hörmətli həmkarlarımızı səmimi-qəlbdən təbrik edir, onlara gələcək fəaliyyətlərində möhkəm cansağlığı, yeni nailiyyətlər və davamlı uğurlar arzulayırıq.
Səhiyyə Nazirliyi Respublika QİÇS-lə Mübarizə Mərkəzinin kollektivi adından əməkdaşlarımızın əməyinə verilən yüksək qiymətə görə Azərbaycan Respublikasının səhiyyə naziri cənab Teymur Musayevə təşəkkürümüzü bildiririk.
