Səhiyyə Nazirliyi Respublika QİÇS-lə Mübarizə Mərkəzi tərəfindən “Uşaq hüquqları aylığı” çərçivəsində 230 saylı tam orta məktəbdə “Sağlam gələcək sənin əlindədir” adlı maarifləndirmə tədbiri təşkil edilib.
Tədbirdə Respublika QİÇS-lə Mübarizə Mərkəzinin mütəxəssisi Samirə Vəliyeva xüsusi təqdimatla çıxış edərək İnsanın İmmunçatışmazlığı Virusu (İİV), Qazanılmış İmmun Çatışmazlığı Sindromu (QİÇS) haqqında məlumat verib, virus və xəstəliyin yoluxma yollarından, qorunma üsullarından və müalicə imkanlarından danışıb.
Gənclər sağlam həyat tərzinə üstünlük verməyə və məsuliyyətli davranmağa çağırılıb, həmçinin narkomaniyanın fəsadları diqqətə çatdırılıb.
Tədbir interaktiv formatda davam edib, şagirdlərin sualları cavablandırılıb, sonda maarifləndirici broşür və bukletlər paylanıb.
