preloader
Bakteriologiya boksu

Bakteriologiya boksu

Bakterioloji boksda qeydiyyatda olan xəstələrin vərəm mikobakteriyalarının müayinəsi aparılır. 2017-ci ildə İnnovasiya və Təchizat Mərkəzi tərəfindən RQMM-də GENE X-Pert cihazı quraşdırılıb. Bu cihaz vərəm mikrobakteriyaların DNT-sini aşkar edən cihazdır və hər hansı bir vərəm əleyhinə dərman preparatlarına qarşı həssaslığı təyin edir.

Cihaz onda işləyən mütəxəssisin infeksion maddə ilə təmasını  minimuma  endirir. 2021-ci ilin 9 ayı ərzində 149 müayinə aparılıb və onlardan 6 müsbət nəticə verilib.

2020-ci ilin iyulunda COVID-19 pandemiyası ilə əlaqədar, RGMM-in PZR boksu koronavirus müayinəsi üçün ayrılıb. Laboratoriyanın iki həkimi, üç laborantı və operator bu işə cəlb edilib. Gün ərzində təxminən 200-ə yaxın Abbort cihazında müayinə aparılır.  Hazırda müayinələrin aparılması davam etdirilir. 7 iyul 2020-ci il tarixdən, 30 may 2021-ci il tarixədək laboratoriyada 4096 müayinə aparılıb və onlardan 372 müsbət nəticə verib.