preloader
 İstanbulda Şərgi Avropa və Mərkəzi Asiya ölkələri üzrə milli məsləhətçilərin görüşü keçirilib

 İstanbulda Şərgi Avropa və Mərkəzi Asiya ölkələri üzrə milli məsləhətçilərin görüşü keçirilib

 İstanbulda Şərgi Avropa və Mərkəzi Asiya ölkələri üzrə milli məsləhətçilərin görüşü keçirilib

Türkiyənin İstanbul şəhərində Qlobal Fondun və UNAİDS-ın təşkilatçılığı ilə  Optima HİV proqramının idarə olunması ilə bağlı Şərgi Avropa və Mərkəzi Asiya ölkələri üzrə milli məsləhətçilərin görüşü keçirilib.

Tədbirdə ölkəmizi Respublika QİÇS-lə Mübarizə Mərkəzinin direktoru və müavini, Layihə Əlaqələndirmə Bürosunun əməkdaşları təmsil ediblər.

Konsultativ yığıncaqda İİV infeksiyası ilə mübarizə tədbirlərinin təkmilləşdirilməsi, epidemioloji məlumatların təhlili, risk qrupları arasında həyata keçirilən proqramların səmərələşdirilməsi, İİV-ə yoluxmuş şəxslərin Antiretrovirus terapiyasının əhatə dövriyyəsinin genişləndirilməsi və digər mövzularda müzakirələr aparılıb.