preloader
Respublika QİÇS-lə Mübarizə Mərkəzində Tibb İşçilərinin Peşə Bayramı və Milli Qurtuluş Günü qeyd edilib

Səhiyyə Nazirliyi Respublika QİÇS-lə Mübarizə Mərkəzində Tibb İşçilərinin Peşə Bayramı və Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirilib.

Yığıncaqda tibb işçilərini Peşə bayramı və  Milli Qurtuluş Günü münasibəti ilə təbrik edən RQMM-in direktoru Famil Məmmədov bildirib ki, insanların  sağlamlığının keşiyində layiqincə dayanan tibb işçiləri həmişə öz işlərinə vicdan və məsuliyyət hissi ilə yanaşaraq fəal vətəndaşlıq mövqeyi nümayiş etdiribər.

 Tədbirdə Respublika QİÇS-lə Mübarizə Mərkəzinin bütün kollektivinin ünvanına Tibb İşçilərinin Peşə Bayramı münasibəti ilə əlaqədar təbriklər səsləndirilib, bir neçə əməkdaşına isə “Təşəkkürnamə” təqdim edilib. Çıxış edənlər uğurlarının davamlı olması üçün səylə çalışacaqlarını bildiriblər.