preloader
Respublika QİÇS-lə Mübarizə Mərkəzinin həkim və orta tibb personalı üçün təlim keçirilib

Respublika QİÇS-lə Mübarizə Mərkəzinin həkim və orta tibb personalı üçün təlim keçirilib

Respublika QİÇS-lə Mübarizə Mərkəzinin həkim və orta tibb personalı üçün təlim keçirilib

Səhiyyə Nazirliyi Respublika QİÇS-lə Mübarizə Mərkəzi (RQMM) Qlobal Fondun dəstəyi ilə “Əsas əhali qrupları arasında bioloji və davranış nəzarəti tədqiqatının aparılması və nəticələri” (İBBSS və SE) mövzusunda təlim keçirib.

Təlim RQMM-də çalışan həkim və orta tibb personalı üçün təşkil edilib. Məqsəd İİV infeksiyasının ötürülməsinin qarşısını almaq, müayinə və müalicəsini ciddi nəzarətdə saxlamaqla İİV-in yayılma səviyyəsinin və QİÇS ilə bağlı ölüm hallarının azaldılmasıdır.

Tədbirdə iştirakçılara Azərbaycanda İİV epidemiyası ilə bağlı vəziyyət, əsas əhali qrupları arasında bioloji və davranış nəzarəti tədqiqatının aparılması, əsas əhali qrupları arasında bioloji və davranış nəzarəti tədqiqatının nəticələri, Azərbaycanda əsas əhali qruplarının sayının qiymətləndirilməsi tədqiqatının nəticələri barədə təqdimatlar edilib, ətraflı müzakirələr aparılıb.