preloader
Ölkə hüdudlarından kənarda yaşayan İİV infeksiyasına yoluxan Azərbaycan vətəndaşları üçün tibbi xidmət təkmilləşdirilir

Rusiya Federasiyasının Moskva şəhərində “Şərqi Avropa və Mərkəzi Asiya ölkələrində İİV-ə yoluxan miqrantlarda sağlamlıq” mövzusunda regional konfrans keçirilib.

Regional konfransda Azərbaycanı Səhiyyə Nazirliyi Respublika QİÇS-lə Mübarizə Mərkəzinin direktor müavini Səbinə Babazadə və Ambulator yardım və dispanser müşahidə şöbəsinin müdiri Maisə Heybətova təmsil edib.

Konfransda vətəndaşları olduqları və miqrasiya etdikləri ölkələrdə İİV infeksiyasının yayılmasının qarşısının alınması, xəstəliyin müalicəsi məsələləri işçi qrupu səviyyəsində müzakirə edilib, Azərbaycan vətəndaşlarına distant xidmətlərdən yararlanması üçün əməkdaşlıq qurulub, digər ölkələr ilə səmərəli kommunikasiya yaradılıb. Eləcə də, miqrasiyada olan İİV-ə yoluxan vətəndaşlara qayğı göstərən qabaqcıl ölkələrin təcrübələri təqdir olunub.