preloader
Respublika QİÇS-lə Mübarizə Mərkəzi 2 nömrəli Bakı Baza Tibb Kollecində maarifləndirmə aksiyası keçirib

Səhiyyə Nazirliyi Respublika QİÇS-lə Mübarizə Mərkəzinin (RQMM) təşəbbüsü ilə 2 nömrəli Bakı Baza Tibb Kollecində “Sağlam gənclik – sağlam gələcək” adlı maarifləndirmə aksiyası keçirilib və İnsanın İmmunçatışmazlığı Virusu (İİV) ilə bağlı müayinə aparılıb.

Tədbir iştirakçılarına sağlamlığa ciddi təhlükə olan İİV və QİÇS haqqında məlumat verilib. RQMM-in həkim-epidemioloqu Dilşad Mahmudova xəstəlik və virusun yoluxma yolları, profilaktikası, müayinəsi və müalicəsi ilə bağlı təqdimatla çıxış edib. Mərkəzdə müayinə və müalicənin anonim, ödənişsiz qaydada icra olunduğu tələbələrin diqqətinə çatdırılıb.

Mütəxəssisə ünvanlanan fərdi suallar cavablandırılıb. İİV/QİÇS-ə aid broşurlar, bukletlər paylanıb.

Həmçinin təşkil edilən səyyar tibbi müayinə məntəqəsində kollecin tələbələri üçün İİV-ə ekspress-testdən keçmək imkanı yaradılıb.