preloader
Psixoterapiya mərkəzində İİV-lə bağlı maarifləndirmə tədbiri keçirilib

Psixoterapiya mərkəzində İİV-lə bağlı maarifləndirmə tədbiri keçirilib

Psixoterapiya mərkəzində İİV-lə bağlı maarifləndirmə tədbiri keçirilib

Nərimanov rayonunda fəaliyyət göstərən Büşra Kaya Psixoterapiya Mərkəzinin könüllülərinə “İİV/QİÇS diaqnozunda psixoterpiyanın rolu” adlı təlim keçirilib. Psixoterapiya Mərkəzinin təşəbbüsü ilə təşkil edilən tədbirdə Səhiyyə Nazirliyi Respublika QİÇS-lə Mübarizə Mərkəzinin psixoloqu Günel Bəbirova təqdimatla çıxış edib.

Psixoloq əvvəlcə dünyada və Azərbaycanda İİV-lə bağlı mövcud epidemioloji vəziyyət haqqında qısa məlumat verib, virus və xəstəliklə əlaqəli cəmiyyətin düzgün maarifləndirilməsindən danışıb.

İİV-ə yoluxanların immun sistemində yaranan dəyişiklərdən bəhs edən G.Bəbirova belə insanların mərkəzi sinir sistemində əmələ gələn patologiyalara diqqət çəkib. Eyni zamanda, İİV infeksiyasının psixoimmunoloji, psixiatrik və psixoloji tərəflərinə aydınlıq gətirib.

Sonda mütəxəssisə ünvanlanan fərdi suallar cavablandırılıb.