Türkiyə Respublikasının İstanbul şəhərində noyabrın 5-dən BMT-nin Əhali Fondunun Şərqi Avropa və Mərkəzi Asiya üzrə Regional Ofisinin təşkilatçılığı ilə “Şərqi Avropa və Mərkəzi Asiyada uşaqlıq boynu xərçənginin qarşısının alınması” üzrə Regional Alyansının İllik Forumu öz işinə başlayıb.
Tədbirdə Səhiyyə Nazirliyinin Səhiyyə siyasəti şöbəsinin Ana və uşaqların sağlamlığının qorunması sektorunun müdiri Aynurə Zeynalova, nazirliyin Respublika QİÇS-lə Mübarizə Mərkəzinin direktor müavini Səbinə Babazadə, Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnsitutunun mama-ginekoloqu Gülnarə Rzayeva iştirak edirlər.
Forumda Respublika QİÇS-lə Mübarizə Mərkəzinin direktor müavini Səbinə Babazadə İİV-ə yoluxan qadınlarda uşaqlıq boynu xərçənginin diaqnostikası, aşkarlanması və profilaktikası mövzusunda təqdimatla çıxış edib.
Forum noyabrın 7-dək davam edəcək.
