29 Aprel 2024 | 06:05
Edit

İİV haqqında 10 fakt

İİV (İnsanın İmmunçatışmazlığı Virusu) QİÇS-ə (Qazanılmış İmmun Çatışmazlığı Sindromu) səbəb olan infeksiyadır. QİÇS insanın immun sisteminin İİV virusu ilə zədələnməsi nəticəsində meydana çıxan spesifik xəstəlik və hallarla özünü biruzə verir.

Bizimlə Əlaqə

Azərbaycan Respublikası Səhiyyə Nazirliyi
Respublika QİÇS-lə Mübarizə Mərkəzi

Epidemioloji nəzarət və profilaktika işləri

Epidemioloji nəzarət və profilaktika işləri

  • Əsas səhifə
  • -
  • Kateqoriyasız
  • -
  • Epidemioloji nəzarət və profilaktika işləri

Epidemioloji nəzarət və profilaktika şöbəsi üzərinə düşən vəzifələrlə əlaqədar aşağıdakı işləri həyata keçirir:

         Kəşfiyyatçı epidemioloji nəzarət tədqiqatlarının aparılması

Epidemioloji nəzarət və profilaktika şöbəsi fəaliyyət göstəricilərinin dürüstlüyü və tətbiq etdiyi mübarizə metodlarının səmərəliyinin təsdiqi məqsədilə vaxtaşırı (adətən 2 ildən bir) kəşfiyyatçı epidemioloji nəzarət tədqiqatı təşkil edir və nəticələri dürüst mübarizə istiqamətlərinin seçilməsində aparıcı meyyarlar kimi qiymətləndirilir. Bu tədqiqatlar olduqca böyük iş potensialı və vaxt tələb etdiyinə baxmayaraq planlaşdırma, proqnozlaşdırma istiqamətində əvəzsiz rola malikdir.

         Profilaktika sahəsində maarifləndirmə

        Epidemioloji nəzarət və profilaktika şöbəsi kütləvi maarifləndirmə və müayinə aksiyalarını təşkil edir. Tədris müəssisələri və yuxarı sinif şagirdləri arasında İİV-lə mübarizə üzrə kompleks biliklərin yayımlanması, təbliğat və təşviqat materiallarının tərtibi də bu şöbənin fəaliyyətinə daxildir.

        Şöbənin fəaliyyət sahələrinə elmi praktik konfransların, treninq kurslarının KİV-lə əlaqələrin saxlanılması, iştirak etmək məqsədilə, digər ölkələrin təşkil etdiyi toplantıların izlənməsi, onların ünvanına elmi məqalə və tezislərin göndərilməsi də aiddir.

         İşgüzar əlaqələrin yaradılması və dəstəklənməsi

Ölkədə fəaliyyət göstərən beynəlxalq təşkilatlar, qeyri-hökümət təşkilatları, onların İİV-lə bağlı fəaliyyətlərinin uzlaşdırılması və birqə tədbirlərində iştirak edilməsi şöbənin profilaktika istiqamətli fəaliyyətinin saxələrindədir.

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Xəbər lentimizə
abunə olun