05 Oktyabr 2024 | 10:12
Edit

İİV haqqında 10 fakt

İİV (İnsanın İmmunçatışmazlığı Virusu) QİÇS-ə (Qazanılmış İmmun Çatışmazlığı Sindromu) səbəb olan infeksiyadır. QİÇS insanın immun sisteminin İİV virusu ilə zədələnməsi nəticəsində meydana çıxan spesifik xəstəlik və hallarla özünü biruzə verir.

Bizimlə Əlaqə

Azərbaycan Respublikası Səhiyyə Nazirliyi
Respublika QİÇS-lə Mübarizə Mərkəzi

                                                                                       Azərbaycanda İİV-lə mübarizə xidməti

Azərbaycan Respublikasında insanın immunçatışmazlığı virusunun (İİV) törətdiyi xəstəliklə (İİV infeksiyası) mübarizə üzrə xüsusiləşdirilmiş diaqnostika laboratoriyası 1987-ci ildə Elmi-Tədqiqat Hematologiya İnstitutunun nəzdində yaradılıb. Həmin il ölkədə ilk dəfə xəstələnmə halı – Afrika qitəsindən gələn əcnəbi vətəndaşda aşkar olunub.

1988-ci ildə Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin bazasında ikinci İİV diaqnostika laboratoriyası fəaliyyətə başlayıb. Bu laboratoriya Səhiyyə Nazirliyinin 17.11.1989-cu il tarixli əmri ilə yaradılan Qazanılmış İmmun Çatışmazlığı Sindromu ilə (QİÇS-lə) Mübarizə və Profilaktika Mərkəzinin bazasını təşkil edib.

İİV-ə yoluxmuş ilk Azərbaycan vətəndaşı 1992-ci ildə Bakı şəhərində qeydə alınıb. Sonralar isə ölkənin digər regionlarında xəstələrin sayının artması ilə əlaqədar 10 regionda İİV diaqnostika laboratoriyası yaradılıb.

Regionlardakı İİV diaqnostika laboratoriyalarına nəzarətin gücləndirilməsi və onların işinin Mərkəzlə uzlaşması məqsədilə Səhiyyə Nazirliyi tərəfindən 11.03.2011-ci il tarixli əmr imzalanıb. Həmin əmrlə bu laboratoriyalar Mərkəzin tabeliyinə verilib.

Qlobal Fondun yardım layihəsi çərçivəsində QİÇS, vərəm və malyariya ilə mübarizə üzrə yerli tibb müəssisələri nəzdində 47 sayda İİV-ə Könüllü Müayinə (KMM) və Məsləhət məntəqəsi (MM), 5 regional Antiretrovirus Terapiya Mərkəzi (ATM) təşkil edilib.

Bunlarla yanaşı, İİV-ə yoluxmağa riski yüksək olan insanların müayinəsinə əlçatanlığı təmin etmək məqsədilə Səhiyyə Nazirliyinin 17.10.2011-ci il tarixli sərəncamı ilə 12 mobil Könüllü Müayinə və Məsləhətləşmə Məntəqəsi yaradılıb.

Respublika QİÇS-lə Mübarizə Mərkəzi (RQMM) Səhiyyə Nazirliyinin baş müəssisəsi kimi, üzərinə qoyulan vəzifələrlə əlaqədar İİV epidemiyasına qarşı tədbirləri həm sərbəst olaraq, həm də metodiki baxımından təşkil edir, onları xəstəliyin təsiri dərəcəsi ilə bağlı tənzimləyir və icrası üzərində nəzarət aparır.

 

 

Mərkəz hazırda aşağıdakı bölmələrə malikdir:

  1. Qəbul şöbəsi, anonim müayinə kabineti ilə birgə
  2. Epidemioloji nəzarət və profilaktika şöbəsi
  3. Ambulator yardım və dispanser müşahidə şöbəsi
  4. Stasionar müalicə şöbəsi
  5. Laborator-diaqnostika şöbəsi
  6. Regional İİV diaqnostika laboratoriyaları (Şirvan, Lənkaran, Salyan, Yevlax, Gəncə, Mingəçevir, Şəki, Şamaxı, Quba, Sumqayıt – yerli tibbi təşkilatların nəzdində)
  7. Təşkilatı-metodiki işlər şöbəsi
  8. Monitorinq və qiymətləndirmə şöbəsi
  9. Psixoloji yardım kabineti.

Qeyd edilən tibbi yardım təmayüllü şöbələrdən başqa RQMM-in inzibati, təsərrüfat, maliyyə-iqtisad, kadr, əməyin təhlükəsizliyinin qorunması, mərkəzləşdirilmiş dərman təchizatı və digər yardımçı xidmətləri mövcuddur.

İİV-lə mübarizənin daha mütəşəkkil və təsirli aparılması məqsədilə ölkənin əksər inzibati ərazilərinin tibb təşkilatlarının nəzdində könüllü müayinə və məsləhət məntəqələr şəbəkəsi (50 məntəqə) yaradılıb. Bu qurumlar fəaliyyət göstərdikləri ərazilərdə müraciət edən hər bir kəsi könüllü qaydada, konfidensiallığın qorunması şərtilə, hətta müayinə olunanın arzusu ilə anonim qaydada, İİV-ə müayinə aparır və müayinədən əvvəl və sonra məsləhətləşmə keçirir. Eyni zamanda, İİV-ə yoluxmaya yüksək risk təşkil edən və ictimaiyyət üçün qapalı qalan əhali qrup nümayəndələri ilə risk qrupları arasında İİV-in aşkarlanması məqsədilə respublikada 12 xüsusiləşdirilmiş səyyar KMM məntəqələr şəbəkəsi yaradılıb. Həmin şəbəkənin fəaliyyətinə risk qrupları ilə işləyən qeyri-hökumət təşkilatlarının əməkdaşları cəlb olunduğundan, qapalı qruplara çıxışlar asanlaşdırılıb və İİV-ə skrininq aparılmasına imkan yaradılıb.

İİV-ə yoluxanların aşkarlanmasında müayinələrin əhaliyə maksimal dərəcədə yaxınlaşdırmaq məqsədilə tibb müəssisələri, müayinə olunmaq istəyi olan hər bir vətəndaşın qan nümunəsini götürərək, təchizatından asılı olaraq ya özü skrininq aparır, ya da bu məqsədlə nümunəni regional laboratoriyaya nəql edir.

2011-ci ildən başlayaraq ekspress testlərlə müayinə üsulu tətbiq olunur. Bu müayinə növü  hər bir şəraitdə asanlıqla tətbiq edilə bilir. Ekspress – testləşdirmə təcili tibbi müdaxilələr, doğuşlar, qanköçürmələr və digər həyati göstərişlərlə bağlı istifadə olunur.

Gündəlik təcrübədə İİV/QİÇS-in yayılmasında aparıcı amil təşkil edən, risk qrup nümayəndələri arasında İİV-ə yoluxanları aşkar etmək, onları profilaktika qaydaları üzrə maarifləndirmək və hətta İİV-ə artıq yoluxmuşların müalicəyə cəlb olunması məqsədilə dövlət dəstəyi səviyyəsində bu qruplarla işləyən qeyri-hökümət təşkilatlarının fəaliyyətindən istifadə olunur.

 

Xəbər lentimizə
abunə olun