05 Oktyabr 2024 | 01:05
Edit

İİV haqqında 10 fakt

İİV (İnsanın İmmunçatışmazlığı Virusu) QİÇS-ə (Qazanılmış İmmun Çatışmazlığı Sindromu) səbəb olan infeksiyadır. QİÇS insanın immun sisteminin İİV virusu ilə zədələnməsi nəticəsində meydana çıxan spesifik xəstəlik və hallarla özünü biruzə verir.

Bizimlə Əlaqə

Azərbaycan Respublikası Səhiyyə Nazirliyi
Respublika QİÇS-lə Mübarizə Mərkəzi

İİV haqqında 10 fakt

İİV haqqında 10 fakt

İİV haqqında 10 fakt

İİV (İnsanın İmmunçatışmazlığı Virusu) QİÇS-ə (Qazanılmış İmmun Çatışmazlığı Sindromu) səbəb olan infeksiyadır. QİÇS insanın immun sisteminin İİV virusu ilə zədələnməsi nəticəsində meydana çıxan spesifik xəstəlik və hallarla özünü biruzə verir.

  1. İİV virusuna yoluxub yoluxmadığınızı bilmək üçün test etməyiniz həyati vacib addımdır. Bu virusuna yoluxmuş insanların təxminən 40 faizi öz infeksion statusundan xəbərsizdirlər.
  2. İİV testi və müalicəsi gizli aparılır. Test etdikdən sonra nəticələr tibb müəssisəsində məxfi qalır və icazəniz olmadan hec kimə İİV statusunuz açıqlanmır.
  3. Test nəticəniz İİV müsbət olduğunu biləndən sonra nə qədər tez tibbi yardım alsanız, o qədər yaxşıdır. Müntəzəm olaraq dərman preparatlarını qəbul etmək və lazımı tibbi müayinələrdən keçməklə immunçatışmazlığı virusu ilə həyata davam etmək olur.
  4. İİV aşağıdakı yollarla ötürülür:
    • yoluxmuş şəxslə müdafiəsiz cinsi (vaginal, anal, oral) əlaqə zamanı
    • yoluxmuş qan, yaxud qan komponentlərinin və ya toxumaların köçürülməsi zamanı
    • steril olmayan inyeksiya vasitələri (iynə, şpris) və dəridə döymə üçün nəzərdə tutulmuş avadanlıqların istifadəsi zamanı
    • hamiləlik, doğuş və döşlə əmizdirmə zamanıİİV infeksiyası öpüşməklə, həşəratların dişləməsi zamanı, əllə salamlaşarkən ötürülmür.
  5. İİV aktiv formalı vərəmin inkişafı üçün risk faktorlarından biridir. 2015-ci ildə dünyada vərəm diaqnozu olan 10,4 milyon insanın 1,2 milyonunda (11%) İİV-müsbət olduğu təsdiq edilmişdir. Eyni ildə, İİV olan insanlar arasında vərəmdən təxminən 390 min insan dünyasını dəyişib.
  6. İİV infeksiyasına qarşı peyvənd mövcud deyil. Lakin dərman preparatları qanda virusun miqdarını əhəmiyyətli dərəcədə azaldır və QİÇS-in qarşısını alır.
  7. Kombinə edilmiş antiretrovirus terapiyası (ART) bədəndə İİV-in yayılmasının qarşısını alır. Bir cütlükdə İİV müsbət partnyor ART qəbul edərsə, İİV mənfi partnyora cinsi yolla ötürülmə ehtimalı 96 faiz azalır.
  8. Anadan uşağa İİV ötürülməsinin aradan qaldırılması mümkündür. İİV-ə yoluxmuş qadınlar ART qəbul etdikləri halda, doğuş və ana südü ilə qidalandırma zamanı virusun anadan uşağa ötürülməsinin qarşısı alınır.
  9. Qoruyucu vasitələr İİV və digər cinsi yolla ötürülən infeksiyaların qarşısını alan effektiv vasitələrdir.
  10. Qəsdən İİV infeksiyası ilə yoluxdurma insanlığa qarşı cinayət hesab olunaraq qanunla cəzalandırılır.

    Dünyada İİV-lə yaşayan insanların sayı 37.7 milyon, bu səbəbdən dünyasını dəyişənlərin sayı isə 36.3 milyondur. 2020-ci ildə İİV-ə 1.5 milyon yeni yoluxma, 680 min isə ölüm halı  qeydə alınmışdır.

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Xəbər lentimizə
abunə olun