29 Aprel 2024 | 07:36
Edit

İİV haqqında 10 fakt

İİV (İnsanın İmmunçatışmazlığı Virusu) QİÇS-ə (Qazanılmış İmmun Çatışmazlığı Sindromu) səbəb olan infeksiyadır. QİÇS insanın immun sisteminin İİV virusu ilə zədələnməsi nəticəsində meydana çıxan spesifik xəstəlik və hallarla özünü biruzə verir.

Bizimlə Əlaqə

Azərbaycan Respublikası Səhiyyə Nazirliyi
Respublika QİÇS-lə Mübarizə Mərkəzi

Seroloji müayinələr boksu

Seroloji müayinələr boksu

Seroloji müayinələr ÜST-ün tövsiyələrinə uyğun edilir. 2011-ci ildən İİV-ə skrininq və arbitraj müayinələri  “Architect” cihazında aparılır. Bu cihazda aparılan müayinələr xemoluminisent üsuluna əsaslanır.

Xemoluminisent müayinəsi daha yüksək həssaslığa və spesifikliyə malikdir. 

Skrininq müayinələr İFA üsulu ilə də aparılır. Vətəndaşların ehtiyaclarını ilk dəfədən ödəmək məqsədilə, iki firmanın (Biorad və Rusiyanın ДС -ИФА-ВИЧ) test-sistemləri ilə müayinələrin aparılması nəticələrin dürüstlüyünə təminat verir.

Skrininq  müayinəsi zamanı İFA üsulu ilə müsbət nəticə verən qan nümunələri II mərhələdə fərqli digər 2-3 test-sistemdə yoxlanılır. Nəticə mənfi olduqda nümunə neqativ hesab edilir. Müsbət nəticə göstərən nümunələr – 3-cü mərhələdə təsdiqedici  İmmunobloting (İB) üsulu ilə yoxlanılır. Mahiyyətcə İFA-nın növü olan immunoblotinq üsulu ilə İİV-in antigenləri (zülallar) təyin edilir. Bu müayinələrin aparılmasında mərkəzi laboratoriyada  iki növ test sistemi işlənilir. Bu müayinələrin müsbət nəticələri əsasında Ekspert Şurasında şəxslər daimi qeydiyyata götürülür. 

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Xəbər lentimizə
abunə olun