29 Aprel 2024 | 06:20
Edit

İİV haqqında 10 fakt

İİV (İnsanın İmmunçatışmazlığı Virusu) QİÇS-ə (Qazanılmış İmmun Çatışmazlığı Sindromu) səbəb olan infeksiyadır. QİÇS insanın immun sisteminin İİV virusu ilə zədələnməsi nəticəsində meydana çıxan spesifik xəstəlik və hallarla özünü biruzə verir.

Bizimlə Əlaqə

Azərbaycan Respublikası Səhiyyə Nazirliyi
Respublika QİÇS-lə Mübarizə Mərkəzi

Stasionar müalicə şöbəsi

Stasionar müalicə şöbəsi

Stasionar yardım şöbəsi 2006-cı ildə tam təyinatına uyğun yaradılmışdır. Həmin il ilk 8 xəstəyə ARV-terapiya təyin edilmişdir.

Stasionar şöbə eyni vaxtda 20 xəstənin müalicəsi üçün nəzərdə tutulmuşdur. Onun əsas vəzifəsi yeni aşkar edilən xəstələrə ARV preparatlarla müalicə təyin edilərkən, onun təsirinin ilk günlərdə izlənilməsi, yan təsirlərin olub-olmaması və belə hallarda müalicə sxemlərinin xəstə üçün fərdi qaydada seçilməsindən ibarətdir.

Bundan başqa, monitorinq müayinəsi zamanı və ya xəstə, müalicənin təsirsiz olması yaxud gecikmiş arzuolunmaz kənar təsir göstərərkən müraciəti zamanı, ona stasionar şəraitdə müayinə və müşahidənin aparılması, şöbənin əsas vəzifələrindəndir.

Qeyd edilənlərlə yanaşı, İİV infeksiyasının spesifik təzahürləri (anqulyar xeylit, sarkoma Kapoşı, İİV kaxeksiya və digərləri) özünü biruzə verdikdə, həmin xəstələr də stasionar şöbədə müalicə olunurlar.

Stasionar, müalicə yardımını göstərərkən, bütün xəstələri palliativ yardımla əhatə edir. Bu sahəyə əsasən qulluq və dəstək xidmətləri aiddir.  Sağlamlığına laqeyd olan, müalicəni səliqəsiz qəbul edən, şüurlu surətdə müalicədən yayınan və digər səbəblərdən müşahidədən kənar qalan xəstələr tərəfimizdən aktiv axtarılıb, müşahidəyə cəlb olunaraq, ilk növbədə stasionar şəraitdə müayinə olunub, müalicə kursu keçirlər. 

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Xəbər lentimizə
abunə olun