Türkiyə Respublikasının paytaxtında Ümumdünya Səhiyyə Təşkilatının Avropa Bürosunun, Səhiyyə sahəsində siyasət və tədqiqatlar Mərkəzinin təşəbbüsü ilə “Şərgi Avropa və Mərkəzi Asiya ölkələrinin əsas əhali qrupu üçün dayanıqlı xidmətin təmini” mövzusunda beynəlxalq tədbir keçirilir.
Tədbirə İİV-ə (insanın immunçatışmzalığı virusu) testləşmə strategiyasına milli proqramın məsul nümayəndələri və səhiyyə müəssisəsinin texniki səviyyəli mütəxəssisləri dəvət olunublar. Azərbaycanı İİV-lə mübarizə tədbirlərinin milli koordinatoru kimi Səhiyyə Nazirliyinin Respublika QİÇS-lə Mübarizə Mərkəzinin direktoru Famil Məmmədov və Mərkəzin laboratoriya müdiri Səbinə İbrahimova təmsil edirlər.
Beynəlxalq tədbirdə regional layihə çərçivəsində İİV üzrə laboratoriyalara təlim səfəri təşkil edilib, testləşmə xidmətinin desentralizasiyası, İİV-ə testləşmə alqoritminin sadələşdirilməsi və keyfiyyətinin yüksəldilməsi ilə bağlı müzakirələr aparılıb.
Tədbir zamanı Azərbaycanın İİV-lə mübarizə üzrə təcrübəsi paylaşılıb, əldə olunan nailiyyətlər barədə geniş təqdimatla çıxış edilib.
