Səhiyyə Nazirliyi Respublika QİÇS-lə Mübarizə Mərkəzində (RQMM) Azərbaycana iki günlük səfər edən Avropa Birliyinin Narkotik və Narkomaniya üzrə Monitorinq Mərkəzinin (EMCDDA) mütəxəssisləri ilə görüş keçirilib.
Görüşdə inyeksion narkotik istifadəçiləri arasında həyata keçirilən opioid əvəzedici terapiyanın tətbiqi, İİV-ə yoluxan inyeksion narkotik istifadəçilərinə Antiretrovirus müalicənin əlçatanlığının təmini, Narkoloji Mərkəzlə RQMM-in qarşılıqlı fəaliyyətindən danışılıb. Eyni zamanda, inyeksion narkotik istifadəçiləri arasında insanın immunçatışmazlığı virusunun, zərərin azaldılması üzrə proqramların idarə olunması, təhlili, narkotiklərlə əlaqəli infeksion xəstəliklər, onların profilaktikası kimi məsələlər geniş müzakirə olunub.
Mütəxəssislər Respublika QİÇS-lə Mübarizə Mərkəzinin məlum sahədəki fəaliyyətini yüksək qiymətləndiriblər.
