preloader
Yarış iştirakçıları İİV-lə bağlı maarifləndirildi

Yarış iştirakçıları İİV-lə bağlı maarifləndirildi

Yarış iştirakçıları İİV-lə bağlı maarifləndirildi

Səhiyyə İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin Bakı şəhərində keçirilən qaçış yarışında Respublika QİÇS-lə Mübarizə Mərkəzinin Həmkarlar İttifaqı Komitəsinin üzvləri də iştirak edib.

“Sağlamlığa doğru qaç!” şüarı ilə keçirilən tədbirdə əməkdaşlarımız həm iştirak ediblər həm də  sağlamlığa ciddi təhlükə olan İİV və QİÇS-lə bağlı maarifləndirmə işi aparıblar.

Yarış iştirakçılarına xüsusi çantalarda İİV infeksiyasının yoluxma yolları, profilaktikası, müayinəsi və müalicəsindən bəhs olunan broşurlar, bukletlər, xəbərdaredici məlumatlar paylanıb. Məlumatlarda həmçinin paytaxtda və regionlarda İİV-ə müayinə ünvanları, müayinələrin anonim və ödənişsiz olduğu qeyd edilir.

183 mekteb