preloader
Bakıdakı 181 nömrəli tam orta məktəbin şagirdləri İİV-lə bağlı maarifləndirilib

Bakıdakı 181 nömrəli tam orta məktəbin şagirdləri İİV-lə bağlı maarifləndirilib

Bakıdakı 181 nömrəli tam orta məktəbin şagirdləri İİV-lə bağlı maarifləndirilib

BMT-nin Uşaq Hüquqları Haqqında Konvensiyasının qəbul edilməsinin ildönümü ərəfəsində keçirilən “Uşaq hüquqları aylığı” çərçivəsində, Səhiyyə Nazirliyi Respublika QİÇS-lə Mübarizə Mərkəzinin təşəbbüsü ilə 181 nömrəli tam orta məktəbdə “Özünü QİÇS-dən qoru” adlı maarifləndirici tədbir təşkil olunub. Tədbirdə məktəbin yuxarı sinif şagirdləri və müəllimləri iştirak ediblər.

Respublika QİÇS-lə Mübarizə Mərkəzinin mütəxəssisi Telman Məhərrəmov məktəblilər üçün hazırlanmış xüsusi təqdimatla çıxış edib. İnfeksionist həkim İnsanın İmmunçatışmazlığı Virusu (İİV) və Qazanılmış İmmun Çatışmazlığı Sindromu (QİÇS) haqqında ətraflı məlumat verib. O, virusun yoluxma yolları, qorunma və müalicə üsullarından danışıb, şagirdləri zərərli vərdişlərdən uzaq olmağa və bu mövzuda düzgün bilikləri vaxtında mənimsəməyə çağırıb.

Tədbirin sonunda şagirdlərin sualları cavablandırılıb. Məktəblilərə İİV/QİÇS mövzusunda maarifləndirici broşürlər və bukletlər paylanıb, xəbərdaredici məlumatlar təqdim olunub.