preloader
Sumqayıt Tibb Kollecində İİV-lə bağlı maarifləndirici aksiya keçirilib

Sumqayıt Tibb Kollecində İİV-lə bağlı maarifləndirici aksiya keçirilib

Sumqayıt Tibb Kollecində İİV-lə bağlı maarifləndirici aksiya keçirilib

Əziz Əliyev adına Sumqayıt Tibb Kollecində Respublika QİÇS-lə Mübarizə Mərkəzinin Sumqayıt Regional Laboratoriyasının əməkdaşlarının təşəbbüsü ilə maarifləndirici aksiya təşkil olunub.

Tədbirdə tələbələrə İnsanın İmmunçatışmazlığı Virusuna (İİV) və Qazanılmış İmmun Çatışmazlıq Sindromuna (QİÇS) dair məlumat verilib, sağlam davranışlar təşviq olunub və profilaktik tədbirlərin əhəmiyyəti vurğulanıb.

İştirakçıların diqqətinə həmçinin İİV-lə yaşayan insanların hüquqlarının necə qorunması, diskriminasiya ilə necə mübarizə aparılması kimi məsələlər də çatdırılıb.

Tədbir çərçivəsində könüllü və anonim müayinələr aparılıb. Regional laboratoriyanın əməkdaşları tələbələrə müayinənin gedişi, nəticələrin izahı və profilaktik istiqamətlər üzrə peşəkar məsləhətlər veriblər.

Aksiya zamanı mövzu ilə bağlı maarifləndirici bukletlər də paylanıb, tələbələrə sağlam seçim etməyin yolları barədə əlavə məlumat verilib.