preloader
Bakı Olimpiya Stadionundan QİÇS-ə “YOX” deyirik

Bakı Olimpiya Stadionundan QİÇS-ə “YOX” deyirik

Bakı Olimpiya Stadionundan QİÇS-ə “YOX” deyirik

Bu gün Bakı Olimpiya Stadionu “QİÇS-ə birlikdə yox deyək” sloqanl ilə işıqlandırıldı. 1 Dekabr – Dünya QİÇS-lə Mübarizə Günü münasibətilə paytaxtın “Alov Qüllələri”ndən parlayan xəbərdarlıq və xatırlatma Qız Qalasını rəmzi rənglərə boyayaraq, Bakı Olimpiya Stadionundan hər kəsə vacib ismarıclar çatdıracaq: Həyatınızı QİÇS-dən qoruyun! Gizli virusun qarşısını anonim və ödənişsiz müayinə ilə alın! Şübhə və ehtimallarınıza son qoymaq üçün müayinədən keçin, statusunuzu bilin və sağlam yaşayın!

Səhiyyə Nazirliyi Respublika QİÇS-lə Mübarizə Mərkəzi son illər bu sahədə fəaliyyətini gücləndirərək əhalinin müxtəlif qrupları arasında maarifləndirmə və xəbərdarlıq kampaniyalarının miqyasını və əhatə dairəsini genişləndirib. Bu il keçirilən maarifləndirmə tədbirinə Bakı Olimpiya Stadionu öz xüsusi vizual işıqlandırması ilə dəstək göstərir.

Tədbir Səhiyyə Nazirliyinin Respublika QİÇS-lə Mübarizə Mərkəzinin təşəbbüsü, Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) dəstəyi və Bakı Olimpiya Stadionunun iştirakı ilə reallaşdı. Bu layihədə əməyi olan hər kəsə təşəkkür edirik.