Azərbaycan Tibb Universitetinin tələbələri Səhiyyə Nazirliyi Respublika QİÇS-lə Mübarizə Mərkəzinin (Mərkəz) fəaliyyəti ilə tanış olublar.
Tələbələr Mərkəzin laboratoriyalarında qan nümunələrinin müayinəsi prosesini müşahidə edib, “Azərbaycanda İİV/QİÇS-lə bağlı cari vəziyyət və İİV-in epidemioloji-patogenetik aspektləri” mövzusunda təqdimatı dinləyiblər.
Görüş zamanı İİV infeksiyasının ötürülmə yolları, profilaktikası, erkən diaqnostikanın əhəmiyyəti, müasir müalicə imkanları və tibb işçilərinin infeksiyadan qorunması məsələləri barədə məlumat verilib.
Tədbir interaktiv müzakirə formatında davam edib, tələbələrin sualları cavablandırılıb.
Belə görüşlər gələcək tibb mütəxəssislərinin İİV/QİÇS sahəsində nəzəri və praktiki biliklərinin artırılmasına, həmçinin pasiyentlərə düzgün yanaşma bacarıqlarının formalaşmasına töhfə verir.

