Səhiyyə Nazirliyi Respublika QİÇS-lə Mübarizə Mərkəzinin Salyan Regional Laboratoriyasının həkim briqadası tərəfindən Salyan rayonunun Kürqaraqaşlı kənd məktəbinin müəllimləri üçün maarifləndirici tədbir təşkil olunub.
Tədbirin əsas məqsədi İİV infeksiyası haqqında məlumatlılığın artırılması, infeksiyanın yoluxma yolları və profilaktikası barədə düzgün məlumatların çatdırılması olub.
Görüş zamanı iştirakçılara İİV infeksiyasının yoluxma yolları, qorunma tədbirləri, erkən diaqnostikanın əhəmiyyəti və müasir müalicə imkanları haqqında ətraflı məlumat verilib.
İnteraktiv müzakirə şəraitində keçirilən tədbirdə müəllimləri maraqlandıran suallar cavablandırılıb, sağlam həyat tərzinin təşviqi və maarifləndirici məlumatların şagirdlərə düzgün çatdırılmasının əhəmiyyəti qeyd olunub.
Bu kimi maarifləndirici tədbirlər əhalinin İİV infeksiyası ilə bağlı biliklərinin artırılmasına, profilaktik davranışların təşviqinə və sağlam cəmiyyətin formalaşdırılmasına xidmət edir.
