preloader
Tacikistanın Düşənbə şəhərində İİV-lə yaşayan miqrantların distant qeydiyyatı və müalicəsinin təşkili ilə bağlı regional seminar keçirilib

Tacikistanın Düşənbə şəhərində İİV-lə yaşayan miqrantların distant qeydiyyatı, məsləhətləşməsi və müalicəsinin təşkili mövzusunda regional seminar keçirilib. Seminarda Azərbaycan, Gürcüstan, Tacikistan, Qırğızıstan və digər ölkələrin səhiyyə qurumlarının nümayəndələri, qeyri-hökumət təşkilatlarının əməkdaşları və sahə üzrə mütəxəssislər iştirak ediblər. Azərbaycan Səhiyyə Nazirliyinin və Respublika QİÇS-lə Mübarizə Mərkəzinin əməkdaşları tədbirdə çıxışlarla iştirak ediblər. Səfər çərçivəsində Azərbaycanvə Tacikistanın müvafiq qurumları arasında İİV infeksiyasının profilaktikası, diaqnostikası, müalicəsi və epidemioloji nəzarəti sahəsində əməkdaşlığa dair Memorandum imzalanıb.