Səhiyyə Nazirliyi Respublika QİÇS-lə Mübarizə Mərkəzi (RQMM) Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsi ilə birgə Penitensiar xidmətin cəzaçəkmə müəssisəsində İİV-ə görə maarifləndirmə və müayinə tədbiri keçiriblər.
RQMM-in mütəxəssisləri cəzaçəkmə müəssisəsində məhbuslara İnsanın İmmunçatışmazlığı Virusu (İİV) və Qazanılmış İmmun Çatışmazlığı Sindromu (QİÇS) ilə bağlı ətraflı məlumat verib, bu virusa yoluxanların bir çox xəstəliklərə asanlıqla tutulduğunu diqqətə çatdırıblar.
Məhkumlar İİV infeksiyası ilə bağlı aparılan profilaktik tədbirlərlə məlumatlandırılıb, virusa görə tədbirli olmaları, yoluxanların müalicəsinin müvafiq qaydada təşkili, davamlı müalicənin əhəmiyyətinə aid tövsiyyələr verilib.
Tədbirdə məhbuslara İİV, Hepatit B, C və sifilisə ekspres- testdən keçmək imkanı yaradılıb, onları maraqlandıran suallara aydınlıq gətirilib. İİV/QİÇS-ə aid broşurlar, bukletlər paylanıb.