Dünyada İİV/QİÇS-ə qarşı aparılan mübarizəyə baxmayaraq, onun xüsusən də, Şərqi Avropa və Mərkəzi Asiya (ŞAMA) regionunda yayılması davam etməkdədir. Azərbaycanda bu infeksiya əsasən yoluxmaya yüksək riskli qruplar arasında yayılıb.
Risk qrupları arasında aparılan məqsədli fəaliyyət Səhiyyə Nazirliyinin daim dəstəyi sayəsində İİV infeksiyasının yayılmasını illər boyu məhdud, təmərküzləşmiş mərhələdə saxlamağa imkan verib. Lakin son illər digər region ölkələrdə olduğu kimi, Azərbaycan da da heteroseksual yoluxma yolu üstünlük təşkil edir.
2024-cü ilin sonuna İİV-ə yeni yoluxma hallarının sayı 1171 nəfər olub. Onlardan 1152 nəfəri (98,3%) Azərbaycan vətəndaşı, 19 nəfəri (1,7%) isə əcnəbidir. Qeydiyyata alınan 1152 ölkə vətəndaşından 834-ü (72,4%) kişi, 318-ü (27,6%) isə qadındır.