preloader
Respublika QİÇS-lə Mübarizə Mərkəzi 146 nömrəli tam orta məktəbdə İİV-lə bağlı maarifləndirici tədbir keçirib

BMT-nin Uşaq Hüquqları Haqqında Konvensiyasının qəbul edilməsinin ildönümü ərəfəsində keçirilən “Uşaq hüquqları aylığı” çərçivəsində Səhiyyə Nazirliyi Respublika QİÇS-lə Mübarizə Mərkəzinin təşəbbüsü ilə 146 nömrəli tam orta məktəbdə maarifləndirici tədbir təşkil olunub. “Özünü QİÇS-dən qoru” adlı tədbirdə məktəbin yuxarı sinif şagirdləri və müəllimləri iştirak edib.

Respublika QİÇS-lə Mübarizə Mərkəzinin mütəxəssisi Günel Babayeva məktəblilər üçün hazırlanmış xüsusi təqdimatla çıxış edərək İnsanın İmmunçatışmazlığı Virusu (İİV) və Qazanılmış İmmun Çatışmazlığı Sindromu (QİÇS) haqqında ətraflı məlumat verib. Həkim virusun yoluxma yolları, qorunma və müalicə üsulları barədə danışıb, şagirdləri zərərli vərdişlərdən uzaq olmağa və bu mövzuda düzgün bilikləri vaxtında mənimsəməyə çağırıb.

Tədbirin sonunda iştirakçıların sualları cavablandırılıb. Çagirdlərə İİV/QİÇS-ə aid maarifləndirici broşürlər və bukletlər paylanıb, xəbərdaredici məlumatlar təqdim olunub.