preloader
Orta məktəblərin biologiya müəllimləri üçün İİV/QİÇS mövzusunda maarifləndirici təlim keçirilib

Orta məktəblərin biologiya müəllimləri üçün İİV/QİÇS mövzusunda maarifləndirici təlim keçirilib

Orta məktəblərin biologiya müəllimləri üçün İİV/QİÇS mövzusunda maarifləndirici təlim keçirilib

Səhiyyə Nazirliyi Respublika QİÇS-lə Mübarizə Mərkəzinin (RQMM) təşəbbüsü və Qlobal Fondun dəstəyi ilə 2025-ci ilin təlim proqramı çərçivəsində “İİV/QİÇS-lə mübarizədə maarifləndirmənin rolu” mövzusunda növbəti təlim keçirilib. Ölkəmizdə İİV infeksiyasının profilaktikası istiqamətində multidissiplinar tədbirlər çərçivəsində orta məktəblərin biologiya müəllimləri təlimləndirilib.
Təlim Respublika QİÇS-lə Mübarizə Mərkəzinin mütəxəssisləri tərəfindən aparılıb və müəllimlərin mövzu üzrə elmi-tibbi biliklərinin artırılmasına yönəlib.
“Profilaktika müalicədən daha yaxşıdır!” – deyən RQMM-nin direktoru Famil Məmmədov vurğulayıb ki, İİV/QİÇS-lə mübarizədə maarifləndirmə məktəblərdən başlanılmalıdır. Biologiya müəllimləri isə bu sahədə aparacaqları maarifləndirmə ilə cəmiyyətimizə və gənclərimizin sağlamlığına əvəzsiz töhfə verəcəklər.
Mütəxəssislər tərəfindən İİV-in epidemiologiyası, yoluxma yolları, profilaktika tədbirləri və müasir müalicə imkanları barədə ətraflı məlumat verilib, effektiv kommunikasiya üsulları və sağlam davranışların təşviqi ilə bağlı tövsiyələr təqdim edilib.
Təlim interaktiv müzakirələr və sual-cavabla davam edib. Müəllimlər məktəblərdə İİV/QİÇS üzrə maarifləndirmə işini daha səmərəli aparmaq üçün zəruri materiallarla təmin olunub.
Sonda iştirakçılara sertifikatlar təqdim edilib.