Oktyabrın 22-25-də Portuqaliyanın Lissabon şəhərində “Asılılıq davranışları və infeksion xəstəliklər” üzrə multidissiplinar konfransı keçiriləcəkdir. Konfransda dünyanın 60-dək ölkəsindən 600-dən artıq nümayəndə iştirak edir. Tədbirdə ölkəmizi Səhiyyə Nazirliyi Respublika QİÇS-lə Mübarizə Mərkəzinin direktoru Famil Məmmədov və Mərkəzin direktor müavini Günəş Cəfərova təmsil edir.
Tədbirin ilk günündə panel sessiyada ölkə təcrübələri müzakirə olunub və fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, Azərbaycanda risk qrupları arasında həyata keçirilən profilaktik tədbirlər nəticəsində inyeksion narkotik istifadəçiləri arasında son 10 ildə İİV infeksiyasının yayılmasının 2 dəfədən artıq azalmasına nail olunub. Əldə olunan nəticə konfransın Təşkilat Komitəsi tərəfindən yüksək qiymətləndirilib və müsbət təcrübə kimi poster təqdimatı ilə nümayiş olunub.
