Qlobal Fondun rəsmi saytında “Azerbaijan: Scaling up HIV Treatment Through Market Shaping Strategies” başlıqlı məqalə dərc olunub. Məqalədə Azərbaycanın İİV/QİÇS-lə mübarizədə əsas əhali qrupları arasında İİV-ə testləşmə və müalicənin genişləndirilməsi istiqamətlərində mühüm nailiyyətlər qazandığıı, dövlətin dəstəyi və Qlobal Fondla səmərəli əməkdaşlıq hesabına bu sahədə əhəmiyyətli irəliləyişlərin əldə edildiyi xüsusi vurğulanıb.
Yazıda Qlobal Fond adından Azərbaycanın Səhiyyə Nazirliyinə həyat xilas edən antiretrovirus terapiyanın xərclərinin optimallaşdırılmasında və ölkədə İİV-ə qarşı müalicənin əhatə dairəsinin genişləndirilməsində təqdirəlayiq işinə görə səmimi təşəkkür bildirilib. Eyni zamanda, səmərəli və effektiv səhiyyə xidmətlərinin təmin edilməsində Azərbaycanın liderliyini gücləndirən mühüm nailiyyətin təkcə Qlobal Fond üçün atılan mühüm addım deyil, həm də Şərqi Avropa və Mərkəzi Asiya regionu üçün müsbət nümunə olduğu qeyd edilib.