Respublika QİÇS-lə Mübarizə Mərkəzi (RQMM) və İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) birgə “ASAN Könüllüləri” üçün İİV infeksiyası ilə bağlı maarifləndirmə tədbiri keçiriblər. Məqsəd “ASAN Könüllüləri” vasitəsi ilə İİV haqqında bilgilərin yeniyetmə və gənclərə ötürülməsi idi. Tədbirin açılış mərasimində…
Mayın 17-də Azərbaycan Respublikasının səhiyyə naziri Teymur Musayevin başçılıq etdiyi nümayəndə heyətinin Türkiyə Respublikasına iki günlük səfəri başlayıb. Səfər çərçivəsində Türkiyənin Səhiyyə Nazirliyində nümayəndə heyəti ilə görüş keçirilib. Tədbirdə həmçinin Azərbaycanın Türkiyədəki fövqəladə və səlahiyyətli səfiri Rəşad Məmmədov iştirak edib.…
İİV-infeksiyası insanın immunçatışmazlığı virusu (İİV) ilə yoluxması nəticəsində inkişaf edən və immun sisteminin getdikcə artan zədələnməsi ilə səciyyələnən, uzun müddətli gedişata malik olan infeksion xəstəlikdir. İmmun sisteminin getdikcə artan çatışmazlığı opportunistik infeksiyaların ağır formalarının inkişafına yol açır və onların…
“Azərbaycan Respublikasında qeyri-infeksion xəstəliklərlə mübarizəyə dair 2015-2020-ci illər üçün Strategiya”nın təsdiq edilməsi haqqında AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram: “Azərbaycan Respublikasında qeyri-infeksion xəstəliklərlə mübarizəyə dair 2015- 2020-ci illər üçün Strategiya” təsdiq…
Təlimat antenatal xidmət göstərən qadın məsləhətxanalarının, ambulator-poliklinik tibb müəssisələrinin mama-ginekoloqları və mamaları üçün tərtib edilib. Hamilə qadınlara doğuşaqədər göstərilən tibbi xidmət antenatal qulluq olub, reproduktiv sağlamlığın ayrılmaz tərkib hissəsidir. Qadın məsləhətxanaları və ambulator-poliklinik tibb müəssisələri bu yardımın göstərilməsində xüsusi rol oynayaraq, özündə…
“Məişət zorakılığına məruz qalmış şəxslərə tibbi xidmət göstərən mütəxəssislər üçün metodik vəsait” Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 15 fevral 2012-ci il tarixli 13 nömrəli əmri ilə təsdiq edilmiş “Məişət zorakılığının qarşısının alınması üzrə Səhiyyə Nazirliyinin Tədbirlər Planı”na uyğun olaraq İctimai Səhiyyə və…
Məktəblilərin sağlam qidalanmasına dair metodik tövsiyələr” “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə Dövlət Proqramının həyata keçirilməsi üzrə Səhiyyə Nazirliyinin Tədbirlər Planı”nın müvafiq bəndlərinə uyğun olaraq Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən tərtib və çap edilmişdir. Metodik tövsiyələr Təhsil Nazirliyi ilə…