Türkiyə Respublikasının paytaxtında Ümumdünya Səhiyyə Təşkilatının Avropa Bürosunun, Səhiyyə sahəsində siyasət və tədqiqatlar Mərkəzinin təşəbbüsü ilə “Şərgi Avropa və Mərkəzi Asiya ölkələrinin əsas əhali qrupu üçün dayanıqlı xidmətin təmini” mövzusunda beynəlxalq tədbir keçirilir. Tədbirə İİV-ə (insanın immunçatışmzalığı virusu) testləşmə strategiyasına…
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) və BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Avropa və Mərkəzi Asiya üzrə Regional Ofisinin birgə təşkilatçılığı ilə ”Avropa və Mərkəzi Asiyada Qida standartlarının təkmilləşdirilməsi və Kodeksin fəaliyyətində iştirakın genişləndirilməsi” mövzusunda sentyabrın 14-də Bakıda ikigünlük…
İspaniyanın Sevilya şəhərində sentyabrın 11-dən 14-dək “Avropa və Mərkəzi Asiyada davamlı inkişaf məqsədləri dövründə fəaliyyətləri icra etmək və hədəflərə nail olmaq” mövzusunda beynəlxalq konfrans keçirilir. Beynəlxalq tədbirdə Azərbaycanı Səhiyyə Nazirliyinin Respublika QİÇS-lə Mübarizə Mərkəzinin direktoru Famil Məmmədov, direktor müavini Günəş…
İİV infeksiyasına yoluxanların müalicəsində kök hüceyrələrinin tətbiqi ilə bağlı təqdimat dinlənilib
İnsanın İmmunçatışmazlığı Virusu (İİV) ilə mübarizədə həkimlərin arsenalına yeni müasir və təsirli üsul əlavə olunmaqdadır. Hazırda uğurla aparılan tədqiqatların yaxın gələcəkdə bu infeksiyanı tam cilovlamağa imkan verəcəyinə ümid edilir. Sentyabrın 8-də Respublika QİÇS-lə Mübarizə Mərkəzində Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Tibbi…
Səmərqənddə keçirilən Türk Dövlətləri Təşkilatına üzv və müşahidəçi ölkələrin səhiyyə nazirlərinin iclasında yekun sənəd – Birgə Bəyannamə qəbul edilib. Sənəddə türkdilli dövlətlərin Farmakopeyasının və Qaydalarının tətbiqi sahəsində əməkdaşlığın gücləndirilməsi, habelə fövqəladə hallar zamanı humanitar və tibbi yardımın göstərilməsi öz əksini…
Özbəkistan Respublikasının Səmərqənd şəhərində avqustun 16-da Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin səhiyyə nazirlərinin III iclası və Türk Tibb Dünyası Konqresi öz işinə başlayıb. Türk Dövlətləri Təşkilatının və Özbəkistan Səhiyyə Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilən beynəlxalq tədbirdə TDT-yə üzv və…
Qurban bayramı İslam dünyasında ən müqəddəs bayramlardan biri sayılır. Qurban bayramı bütün müsəlman aləmində hər il Hicri təqvimi ilə Zilhiccə ayının 10-cu günündən başlayır və adətən üç gün davam edir. Bu il müvafiq tarix miladi təqvimlə iyunun 28-nə təsadüf edir.…
Bu gün Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günüdür. 1918-ci il iyunun 26-da Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının qərarı ilə ilk nizami hərbi hissə – Əlahiddə Korpus yaradılıb. Azərbaycanda müasir ordu quruculuğuna isə ötən əsrin 70-ci illərindən başlanıb. 1969-cu ildə Ulu Öndər…
– Günəş xanım, əvvəlcə İİV /QİÇS və infeksiyanın yoluxma yolları barədə məlumat verərdiniz. – İİV infeksiyası İnsanın İmmunçatışmazlığı Virusları tərəfindən törədilən və immun sistemin artan zədələnməsi ilə səciyyələnən infeksion xəstəlikdir. QİÇS (Qazanılmış İmmun Çatışmazlığı Sindromu) isə İİV nfeksiyasının sonuncu kliniki…
Dayanıqlı İnkişaf Məqsədlərinin maarifləndirilməsi istiqamətində nəzərdə tutulmuş tədbirlər çərçivəsində Səhiyyə Nazirliyi Respublika QİÇS-lə Mübarizə Mərkəzi (RQMM) may-iyun aylarında müayinə və maarifləndirmə aksiyaları keçirib. Aksiyalar Mərkəzin regional laboratoriyasının dəstəyi ilə bütün ölkə ərazisini əhatə edib. Tədbirlərdə irqindən, milliyyətindən, dinindən, sosial vəziyyətindən asılı olmayaraq heç…