preloader
Molekulyar – genetik müayinələr və rezistentliyin təyin edilməsi boksu

Molekulyar – genetik müayinələr və rezistentliyin təyin edilməsi boksu

Molekulyar-qenetik bokslarda qeydiyyatda olan xəstələrin virus yükü PZR üsulu ilə təyin edilir. Müayinələr tam avtomat “Abbott 2000 sp” cihazında aparılır. Cihaz 1 dəfəyə 24,48 və ya 96 müayinə aparmaq  mümkündür . Bundan əlavə, 2019-cu ilin  dekabrında Qlobal Fond tərəfindən PZR müayinəsi üçün “GENE X-Pert” cihazı verilib. Bu cihazda bir dəfəyə 16 müayinə aparmaq imkanı var və 90 dəqiqəyə nəticə almaq mümkün olur.  Ümumiyyətlə, 2021-ci ili 9 ayı ərzində 4080 PZR müayinə aparılıb.

PZR boksunda Applied Biosystems genetik analizator/sekvenator 3500 (ABŞ) cihazından istifadə edilir. Klassik sekvenatorlarda müayinə üçün homogen prob istifadə olunur. Sekvenasiyadan əvvəl PZR vasitəsilə DNT sahələrinin amplifikasiyası olunur. Bunun nəticəsində eyni DNT-nin fraqmentləri alınır. Bu cihaz rezistentliyi və DNT molekulasının genetik strukturunu təyin edir.