Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi
haqqında
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
Bu Qanun narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının
dövriyyəsi ilə əlaqədar yaranan ictimai münasibətləri tənzimləyir, bu sahədə dövlət
orqanlarının, fiziki və hüquqi şəxslərin hüquq və vəzifələrini müəyyən edir.
I fəsil
ÜMUMİ MÜDDƏALAR
Maddə 1 . Əsas anlayışlar
1.0. Bu Qanunda istifadə edilən əsas anlayışlar aşağıdakılardır:
1.0.1. narkotik vasitələr – BMT-nin 1961-ci il tarixli “Narkotik vasitələr haqqında”
Vahid Konvensiyasında, 1971-ci il tarixli “Psixotrop maddələr haqqında” Konvensiyasında,
1988-ci il tarixli “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı
mübarizə haqqında” Konvensiyasında, habelə Azərbaycan Respublikasının Qanunu ilə
təsdiq olunmuş siyahılarda belə təsnif edilmiş sintetik və ya təbii mənşəli maddələr, onların
preparatları, o cümlədən tərkibində narkotik maddələr olan bitkilərdir;
1.0.2. psixotrop maddələr – BMT-nin 1971-ci il tarixli “Psixotrop maddələr haqqında”
Konvensiyasında, 1988-ci il tarixli “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz
dövriyyəsinə qarşı mübarizə haqqında” Konvensiyasında, habelə Azərbaycan
Respublikasının Qanunu ilə təsdiq olunmuş siyahılarda belə təsnif edilmiş sintetik və ya
təbii mənşəli maddələr, onların preparatlarıdır;
1.0.3. prekursorlar – narkotik vasitələrin və psixotrop maddələrin hazırlanması
məqsədilə istifadə edilən kimyəvi maddələr və onların duzları, habelə Azərbaycan
Respublikasının qanunvericiliyi ilə yuxarıda göstərilən kateqoriyalara aid edilmiş və
idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya (xüsusi razılıq) tələb
olunan kimyəvi maddələr və onların duzlarıdır;
1.0.4. narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının
dövriyyəsi – Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada
dövriyyəsi nəzarət edilən, məhdudlaşdırılmış və ya qadağan edilmiş (bundan sonra –
nəzarət edilən) narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının
Azərbaycan Respublikasının ərazisinə gətirilməsi (idxalı), Azərbaycan Respublikasının
ərazisindən çıxarılması (ixracı) və ya onların tranzit nəql edilməsi, habelə həmin narkotik
vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının saxlanılması, alınması,
daşınması, göndərilməsi, məhv edilməsi, istifadə edilməsi və onlar barəsində Azərbaycan
Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əməliyyatların aparılmasıdır;
1.0.5. narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz
dövriyyəsi – Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları
pozmaqla narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları ilə bağlı törədilən
hər hansı hərəkətlərdir;
1.0.6. tərkibində narkotik maddələr olan bitkilərin qanunsuz kultivasiyası –
Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla
tərkibində narkotik maddələr olan bitkilərin əkilməsi, yetişdirilməsi və ya onların (onların
hissələrinin) toplanmasıdır; [1]
1.0.7. narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz hazırlanması – həyata
keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə
müəyyən edilmiş qaydaları pozmaqla istehlaka yarayan və ya yaramayan narkotik
vasitələrin və psixotrop maddələrin bilavasitə hazırlanmasına, yəni narkotik vasitələrin və
psixotrop maddələrin istehsalına, emalına, saflaşdırılmasına və ya bir narkotik vasitənin,
yaxud psixotrop maddənin digər narkotik vasitəyə və ya psixotrop maddəyə çevrilməsi
yolu ilə narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, yaxud onların təsirinin
gücləndirilməsinə, tərkibində narkotik maddələr olan bitkilərin kultivasiyasına, narkotik
vasitələrin və psixotrop maddələrin alınmasına yönəldilmiş hərəkətlərdir;
1.0.8. narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya
göndərilməsi – həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının
qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop
maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik
vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və
digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir;
1.0.9. narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz
əldə edilməsi – həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının
qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop
maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma
vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə,
mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün
hərəkətlərdir;
1.0.10. narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması –
məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən
edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop
maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir;
1.0.11. narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması – miqdarından
asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları
pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək,
yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir;
1.0.12. narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz olaraq orqanizmə
yeridilməsi – narkotik vasitələrin və psixotrop maddələrin başqa şəxsin orqanizminə onun
iradəsinə zidd olaraq hər hansı üsulla yeridilməsidir;
1.0.13. narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əlavə edilməsi –
narkotik vasitələrin və psixotrop maddələrin ərzaq məhsullarına, içkilərə və ya qidaya
istehlakçının xəbəri olmadan əlavə edilməsidir;
1.0.14. narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz istehlakı – Azərbaycan
Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla tibbi göstəriş
əsasında həkimin təyinatı olmadan Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzarət
edilən narkotik vasitələrin və psixotrop maddələrin qəbul edilməsidir;
1.0.15. narkotik vasitələrin və psixotrop maddələrin başqa şəxs tərəfindən qanunsuz
istehlakına yardım edilməsi – narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz
istehlakı üçün başqa şəxslərə hər hansı bir şəxs tərəfindən vəsait, avadanlıq və ya yer
verilməsi, yaxud da belə istehlaka bilavasitə köməklik göstərilməsidir;
1.0.16. narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz istehlakına təhrik etmə
– bədii, audio, video və sair materialların, o cümlədən kompüterləşdirilmiş informasiya və
digər vasitələr ilə düzünə və ya dolayı yolla narkotik vasitələrin və psixotrop maddələrin
istehlakına təhriketmədir;
1.0.17. narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz istehlakına cəlb etmə –
nəticəsindən asılı olmayaraq düzünə və ya dolayı yolla digər şəxslərin narkotik vasitələrin
və psixotrop maddələrin qanunsuz istehlakına cəlb edilməsidir (təklif etmə, qonaq etmə və
sair);
1.0.18. narkotik vasitələrdən və psixotrop maddələrdən sui-istifadə – Azərbaycan
Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla tibbi göstəriş
əsasında həkimin təyinatı olmadan narkotik vasitələrdən və psixotrop maddələrdən asılılığa
gətirə biləcək şəkildə onların qəbul edilməsidir;
1.0.19. narkomanlıq – xroniki intoksikasiya doğuran, narkotik vasitələrin və psixotrop
maddələrin sui-istifadəsi nəticəsində yaranmış narkotik vasitələrdən və psixotrop
maddələrdən psixi və (və ya) fiziki asılılıqla, o cümlədən psixi və davranış pozuntuları ilə
ifadə olunan xəstəlik vəziyyətidir;
1.0.20. narkomanlıq xəstəliyinə düçar olan şəxs – narkotik vasitələrin və psixotrop
maddələrin sui-istifadəsi nəticəsində onlardan psixi və (və ya) fiziki asılılıq vəziyyətinə
düşən, o cümlədən psixi və davranış pozuntuları ilə müşahidə olunan və barəsində
Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada narkoloji-tibb
müəssisəsi tərəfindən “narkomanlıq” diaqnozu təyin edilmiş şəxsdir;
1.0.21. könüllü müalicə – özünün və ya onun qanuni nümayəndəsinin razılığı ilə
xəstənin narkomanlıqdan narkoloji-tibb müəssisəsində müalicəsidir;
1.0.22. məcburi müalicə – Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən
edilmiş hallarda və qaydada həyata keçirilən narkomanlıq xəstəliyinə düçar olan şəxsin
ixtisaslaşdırılmış tibb müəssisəsində məcburi müalicəsidir.
Maddə 2. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının
dövriyyəsi haqqında qanunvericilik
2.1. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi
haqqında qanunvericilik Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq
müqavilələrdən, bu Qanundan və Azərbaycan Respublikasının digər qanunvericilik
aktlarından ibarətdir.
2.2. Bu Qanunla Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr
arasında ziddiyyət müəyyən edildikdə, həmin beynəlxalq müqavilələrin müddəaları tətbiq
olunur.
II fəsil
NARKOTİK VASİTƏLƏRİN, PSİXOTROP MADDƏLƏRİN VƏ ONLARIN
PREKURSORLARININ DÖVRİYYƏSİ İLƏ ƏLAQƏDAR FƏALİYYƏT
Maddə 3 . Narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsi ilə əlaqədar
fəaliyyətin məqsədi
Azərbaycan Respublikasının ərazisində narkotik vasitələrin və psixotrop maddələrin
dövriyyəsinə yalnız onların tibbi praktikada, elmi-tədqiqat işlərində tətbiqi və cinayətkar
fəaliyyətin qarşısının alınması məqsədilə yol verilir.
Maddə 4 . Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının
dövriyyəsinin əsasları və qaydaları
Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsinə
bu Qanunla və ona uyğun olaraq qəbul edilmiş digər qanunvericilik aktları ilə müəyyən
edilmiş əsaslarla və qaydada yol verilir.
Maddə 5 . Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının
dövriyyəsi
5.1. Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı Azərbaycan
Respublikasının ərazisində Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq
müqavilələrə uyğun olaraq narkotik vasitələrin, psixotrop maddələrin və onların
prekursorlarının dövriyyəsinin tənzimlənməsi məqsədilə narkotik vasitələrin, psixotrop
maddələrin və onların prekursorlarının dövriyyəsinə dair siyahıların layihəsini tərtib edir
və qərarlar qəbul edir.
5.2. Dərman vasitələrinin təcrübəvi nümunələrinin işlənib hazırlanması halları istisna
olmaqla, Azərbaycan Respublikasının ərazisində narkotik vasitələrin istehsalı və tərkibində
narkotik maddələr olan bitkilərin kultivasiyası qadağandır.
5.3. Tibbi məqsədlərlə istifadə edilən narkotik vasitələrin Azərbaycan Respublikasının
ərazisinə gətirilməsi yalnız dövlət orqanları tərəfindən həyata keçirilir. Azərbaycan
Respublikasının müvafiq icra hakimiyyəti orqanı ölkə daxilində narkotik vasitələrə olan illik
tələbatı müəyyən edir və narkotik vasitələrin dövriyyəsi yalnız həmin tələbat həcmində
həyata keçirilir. Azərbaycan Respublikasının ərazisinə göstərilən miqdardan artıq narkotik
vasitələrin gətirilməsinə yalnız müharibə, fövqəladə vəziyyət və ya təbii fəlakət şəraitində
yol verilir.
5.4. Narkotik vasitələrin və psixotrop maddələrin reklamına yol verilmir.[2]
Maddə 6. Narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsi, onların
prekursorlarının idxalı, ixracı, tranzit nəql edilməsi və istehsalı ilə əlaqədar fəaliyyət
növlərinə icazənin və ya lisenziyanın (xüsusi razılığın) verilməsi
6.1. Narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsində, onların
prekursorlarının idxalında, ixracında, tranzit nəql edilməsində və istehsalında iştirak edən
şəxslərin fəaliyyəti Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş
qaydada Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən
verilən icazə və ya lisenziya (xüsusi razılıq) əsasında həyata keçirilir.
6.2. Narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsində, onların
prekursorlarının idxalında, ixracında, tranzit nəql edilməsində və istehsalında iştirak edən
şəxslərə verilmiş hər bir icazə və yalisenziya (xüsusi razılıq) barədə bildiriş dərhal narkotik
vasitələrin və psixotrop maddələrin dövriyyəsinə, onların prekursorlarının idxalına,
ixracına, tranzit nəql edilməsinə və istehsalına dair ümummilli məlumat bankına daxil
edilməsi üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına göndərilir.
Həmin bildirişdə hüquqi və fiziki şəxsin tam adı, fəaliyyət növü, ünvanı, onlar barədə
məlumatlar, lisenziyanın (xüsusi razılığın) müddəti, istifadə olunan narkotik vasitələrin və
psixotrop maddənin, onların prekursorlarının adı (azərbaycanca və latınca), saxlanılma yeri,
istifadə üçün yararlıq müddəti və Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən
olunmuş digər məlumatlar əks olunur.
6.3. Narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsində, onların
prekursorlarının idxalında, ixracında, tranzit nəql edilməsində və istehsalında iştirak etmək
səlahiyyətinə malik olan şəxslər həmin dövriyyə çərçivəsində hər hansı əməliyyatları yalnız
müvafiq fəaliyyət növü ilə məşğul olmaq üçün icazəsi və ya lisenziyası (xüsusi razılığı) olan
əks tərəflə aparmalıdırlar. Bu tələbin pozulması Azərbaycan Respublikasının
qanunvericiliyi ilə müəyyən edilmiş qaydada məsuliyyətə səbəb olur.
6.4. Narkotik vasitələrin və psixotrop maddələrin təcrübəvi hazırlanması yalnız dövlət
orqanları tərəfindən həyata keçirilir. Alınmış hər bir yeni narkotik vasitə və psixotrop maddə
barədə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına dərhal məlumat
verilir. Həmin məlumat 10 gün müddətində Azərbaycan Respublikasının müvafiq icra
hakimiyyəti orqanı tərəfindən müvafiq beynəlxalq təşkilatlara göndərilir.[3]
Maddə 7 . Narkotik vasitələrin, psixotrop maddələrin dövriyyəsi və onların
prekursorlarının idxalı, ixracı, tranzit nəql edilməsi və istehsalı sahəsində dövlət
orqanlarının vəzifələri
7.1. Narkotik vasitələrin, psixotrop maddələrin dövriyyəsinin və onların
prekursorlarının idxalının, ixracının, tranzit nəql edilməsinin və istehsalının tənzimlənməsi
məqsədilə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı:
7.1.1. Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş,
məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin və psixotrop maddələrin, habelə
Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və
istehsalına lisenziya (xüsusi razılıq) tələb olunan prekursorların siyahılarının layihələrini
tərtib edir;
7.1.2. bu Qanuna əsasən narkotik vasitələrin və psixotrop maddələrin alınması,
saxlanılması, satılması, əldə edilməsi, paylaşdırılması, buraxılması, daşınması,
göndərilməsi, onlardan istifadə edilməsi, habelə narkotik vasitələrin və psixotrop
maddələrin dövriyyəsinə dair sənədlərin tərtib edilməsi, saxlanılması və onların dövriyyəsi
ilə əlaqədar Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər
əməliyyatların həyata keçirilməsi qaydasını müəyyən edir;
7.1.3. narkotik vasitələrin və psixotrop maddələrin təcrübəvi hazırlanması qaydasını
və bu fəaliyyətlə məşğul olan dövlət orqanlarının dairəsini müəyyən edir;
7.1.4. Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq müsadirə edilmiş
narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının məhv edilməsi,
habelə məhv edilməsi nəzərdə tutulan narkotik vasitələrdən müvafiq icra hakimiyyəti
orqanlarının kinoloji xidmətləri tərəfindən narkotik vasitələrin axtarışı üzrə aparılan
təlimlərdə istifadə olunması qaydasını müəyyən edir;[4]
7.1.5. narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsinə dair Milli İnformasiya
Mərkəzini yaradır;
7.1.6. narkotik vasitələrin, psixotrop maddələrin dövriyyəsinə və onların
prekursorlarının idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına, habelə narkotik
vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində iştirak edən, o cümlədən
narkomanlıq xəstəliyinə düçar olan şəxslərə dair ümummilli məlumat bankını təşkil edir,
həmin məlumat bankına məlumatların göndərilməsi və oradan məlumatların alınması
qaydasını müəyyən edir;
7.1.7. narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi
qaydasını və şərtlərini, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi
tədbirlərin tətbiq edilməsi qaydasını müəyyən edir; 7.1.8. qanunsuz dövriyyədən
Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq müsadirə edilmiş, lakin
dərman preparatları şəklində olduğuna və tibbi məqsədlərlə istifadə oluna biləcəyinə görə
məhv edilməsi məqsədəuyğun olmayan narkotik vasitələrin və psixotrop maddələrin tibbi
məqsədlərlə istifadə edilməsi üçün təhvil verilməsi qaydasını müəyyən edir;
7.1.9. narkotik vasitələrin, psixotrop maddələrin qanunsuz dövriyyəsi, onların
prekursorlarının qanunsuz idxalı, ixracı, tranzit nəql edilməsi və istehsalı, habelə
narkomanlığın yayılması ilə mübarizə üzrə məqsədləri, vəzifələri və fəaliyyət istiqamətləri,
o cümlədən tələb olunan maliyyə vəsaitləri və onların mənbələri göstərilməklə dövlət
proqramının layihəsini hazırlayır.
7.2. Bu Qanunun 7.1. 1-ci maddəsində göstərilən siyahılar, habelə 7.1.9-cu maddəsində
nəzərdə tutulmuş dövlət proqramı Azərbaycan Respublikasının qanunu ilə təsdiq edilir.[5]
Maddə 8 . Narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsinə, onların
prekursorlarının idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına dair ümummilli
məlumat bankının yaradılması
8.1. Azərbaycan Respublikasında narkotik vasitələrin və psixotrop maddələrin
dövriyyəsinə, onların prekursorlarının idxalına, ixracına, tranzit nəql edilməsinə və
istehsalına, o cümlədən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz
dövriyyəsinə və onların prekursorlarının qanunsuz idxalına, ixracına, tranzit nəql
edilməsinə və istehsalına dair ümummilli məlumat bankı yaradılır və bununla bağlı
məlumatlar daxil edilir.
8.2. Ümummilli məlumat bankı dörd bölmədən ibarətdir: [6]
8.2.1. narkotik vasitələrin, psixotrop maddələrin dövriyyəsinə və onların
prekursorlarının idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına dair, habelə belə
dövriyyədə iştirak edən şəxslərə dair məlumat bölməsi;
8.2.2. narkotik vasitələrin, psixotrop maddələrin qanunsuz dövriyyəsinə və onların
prekursorlarının qanunsuz idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına dair,
habelə belə dövriyyədə iştirak edən şəxslərə dair məlumat bölməsi;
8.2.3. narkomanlıq xəstəliyinə düçar olan və narkotik vasitələrdən və psixotrop
maddələrdən sui-istifadə edən şəxslərə dair məlumat bölməsi;
8.2.4. qanunsuz dövriyyədən aşkar olunan narkotik vasitələrin, psixotrop maddələrin və
onların prekursorlarının mənbəyinə dair məlumat bölməsi. [7]
8.3. Narkomanlıq xəstəliyinə düçar olan şəxslərin qeydiyyatını aparan narkoloji – tibb
müəssisəsi həmin şəxslər, habelə narkotik vasitələrdən və psixotrop maddələrdən suiistifadə edən digər şəxslər barəsində yalnız kəmiyyət göstəricilərini əks etdirən məlumatları
ümummilli məlumat bankına daxil edir.
[8]
Maddə 9 . Narkotik vasitələrin və psixotrop maddələrin sui-istifadəsinə dair Milli
İnformasiya Mərkəzinin yaradılması
9.1. Azərbaycan Respublikasında narkotik vasitələrin və psixotrop maddələrin
dövriyyəsinə dair Milli İnformasiya Mərkəzi yaradılır.
9.2. Milli İnformasiya Mərkəzinin əsas məqsədi narkotik vasitələrin və psixotrop
maddələrin dövriyyəsinə dair şəxsi həyat sirri olmayan və obyektiv məlumatların
məcmusunu təşkil etməkdir.
9.3. Milli İnformasiya Mərkəzi aşağıdakı məlumatları özündə əks etdirir:
9.3.1. narkotik vasitələrin və psixotrop maddələrin qeyri-tibbi və tibbi istifadəsi,
onların tibbi, iqtisadi və digər nəticələri haqqında;
9.3.2. narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi və onun
nəticələri haqqında;
9.3.3. narkotik vasitələrə və psixotrop maddələrə olan tibbi və qeyri-tibbi tələbat
haqqında;
9.3.4. narkotik vasitələrin və psixotrop maddələrin insanlara və cəmiyyətə vura
biləcəyi zərərin və onlara olan qeyri-tibbi məqsədlərlə təklifin azaldılmasına yönəlmiş
tədbirlər haqqında;
9.3.5. narkomanlıq xəstəliyinə düçar olan şəxslərin müalicəsi və reabilitasiyası ilə bağlı
şəxsi həyat sirri olmayan məlumatlar;
9.3.6. narkotik vasitələrin və psixotrop maddələrin yayılmasına qarşı mübarizə
sahəsində qeyri-hökumət təşkilatlarının həyata keçirdikləri tədbirlər haqqında;
9.3.7. narkotik vasitələrə və psixotrop maddələrə dair ölkədə aparılan epidemioloji
tədqiqatların yekunları və ölkədə mövcud epidemioloji vəziyyətin qiymətləndirilməsi
haqqında;
9.3.8. narkotik vasitələrə dair dövlət siyasətini və normativ hüquqi tənzimlənmə
məsələləri əhatə edən məlumatlar.[9]
III fəsil
NARKOTİK VASİTƏLƏRDƏN, PSİXOTROP MADDƏLƏRDƏN VƏ ONLARIN
PREKURSORLARINDAN İSTİFADƏ
Maddə 10 . Narkotik vasitələrdən, psixotrop maddələrdən və onların
prekursorlarından tibbi məqsədlərlə istifadə
10.1. Narkomanlıq xəstəliyinə düçar olan şəxslərin müalicəsində tibbi məqsədlərlə
istifadə olunan narkotik vasitələrin və dövriyyəsi məhdudlaşdırılan və nəzarət edilən
psixotrop maddələrin yalnız dövlət narkoloji-tibb müəssisələrində tətbiqinə icazə verilir.
10.2. Bir yaşayış məntəqəsində iki paralel əvəzedici müalicə proqramlarının tətbiqinə
və stasionar bölməsi olmayan narkoloji-tibb müəssisələrində əvəzedici müalicə
proqramlarının tətbiqinə yol verilmir.
10.3. Əvəzedici müalicə proqramlarına qəbul olunmuş hər bir xəstə barəsində 3 gün
müddətində Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına məlumat
verilir.
10.4. Narkomanlıq xəstəliyinə düçar olan şəxslərin müalicəsində istifadə olunan
əvəzedici müalicə proqramlarının tətbiqinin şərtləri və qaydaları Azərbaycan
Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
Maddə 11 . Tranzit sərnişinlərin müalicəsi məqsədilə narkotik vasitələrdən və
psixotrop maddələrdən istifadə
11.1. Azərbaycan Respublikasının ərazisindən tranzit keçən xəstə müalicə məqsədilə
Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş
qaydada və istifadə miqdarı həddində narkotik vasitələr və psixotrop maddələr apara bilər.
11.2. Əgər müalicəsini davam etdirmək üçün bu Qanunun 11. 1-ci maddəsində
nəzərdə tutulmuş şəxsin narkotik vasitələrə və psixotrop maddələrə əlavə tələbatı
yaranarsa, həmin tələbatın ödənilməsi Azərbaycan Respublikasının müvafiq icra
hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada həyata keçirilir.
Maddə 12 . Baytarlıq məqsədləri ilə narkotik vasitələrdən, psixotrop maddələrdən
və onların prekursorlarından istifadə
Baytarlıq məqsədləri üçün lazım olan narkotik vasitələrin, psixotrop maddələrin və
onların prekursorlarının siyahısı və onlardan istifadə qaydaları Azərbaycan Respublikasının
müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
Maddə 13 . Elmi məqsədlərlə , tədris və təlim məqsədləri ilə narkotik vasitələrdən
və psixotrop maddələrdən istifadə[10]
13.1. Elmi məqsədlərlə və tədris məqsədləri ilə narkotik vasitələrdən və psixotrop
maddələrdən istifadə hüquqi şəxslər tərəfindən yalnız icazə əsasında Azərbaycan
Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada
həyata keçirilir.[11]
13.2. Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq məhv edilməsi
nəzərdə tutulan narkotik vasitələrdən müvafiq icra hakimiyyəti orqanlarının kinoloji
xidmətləri tərəfindən narkotik vasitələrin axtarışı üzrə aparılan təlimlərdə istifadə olunması
Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada
həyata keçirilir.[12]
Maddə 14 . Narkotik vasitələrdən, psixotrop maddələrdən və onların
prekursorlarından ekspert fəaliyyətində istifadə
Ekspertizanın aparılması məqsədilə narkotik vasitələrdən, psixotrop maddələrdən və
onların prekursorlarından istifadə yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə
müəyyən edilmiş qaydada həyata keçirilir.
Maddə 15 . Əməliyyat-axtarış fəaliyyətində narkotik vasitələrdən, psixotrop
maddələrdən və onların prekursorlarından istifadə
Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi üçün narkotik vasitələrdən,
psixotrop maddələrdən və onların prekursorlarından istifadə Əməliyyat-axtarış fəaliyyəti
haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada həyata keçirilir.
[13]
Maddə 16 . Fiziki şəxslərə narkotik vasitələrin və psixotrop maddələrin
buraxılması
Tibbi məqsədlərlə fiziki şəxslərə narkotik vasitələrin və psixotrop maddələrin
buraxılması belə fəaliyyət növünə lisenziyası (xüsusi razılığı) olan apteklərdən və müalicəprofilaktika müəssisələri tərəfindən həyata keçirilir.
Maddə 17. Narkotik vasitələrin, psixotrop maddələrin dövriyyəsi və onların
prekursorlarının idxalı, ixracı, tranzit nəql edilməsi və istehsalı ilə bağlı faəliyyət
haqqında hesabat
Narkotik vasitələrin, psixotrop maddələrin dövriyyəsi və onların prekursorlarının
idxalı, ixracı, tranzit nəql edilməsi və istehsalı ilə bağlı fəaliyyət növünə icazə və ya lisenziya
(xüsusi razılıq) almış şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən
edilmiş qaydada buna səlahiyyəti olan Azərbaycan Respublikasının müvafiq icra
hakimiyyəti orqanına öz fəaliyyəti haqqında hesabat verirlər.[14]
Maddə 18 . Narkotik vasitələrin və psixotrop maddələrin inventarlaşdırılması
18.1. Narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsinə icazə almış şəxslər hər
ay onların sərəncamında olan narkotik vasitələrin və psixotrop maddələrin
inventarlaşdırılmasını aparmalı, malların və digər maddi dəyərlərin balansını tərtib
etməlidirlər.[15]
18.2. Balansda üzə çıxan fərqlər, yaxud balansda olan rəqəmlərlə aparılan
inventarlaşdırılmanın nəticələri arasında uyğunsuzluqlar aşkar edildikdə, bu barədə 3 gün
müddətində icazə almış şəxslər tərəfindən Azərbaycan Respublikasının müvafiq icra
hakimiyyəti orqanına məlumat verilir.[16]
18.3. Narkotik vasitələrin və psixotrop maddələrin sayı və vəziyyəti haqqında bütün
dəyişikliklər operativ şəkildə xüsusi jurnalda qeyd olunur. Belə jurnalların aparılması və
saxlanılması qaydası Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı
tərəfindən müəyyən olunur.
IV fəsil
NARKOTİK VASİTƏLƏRİN, PSİXOTROP MADDƏLƏRİN QANUNSUZ
DÖVRİYYƏSİ VƏ ONLARIN PREKURSORLARININ QANUNSUZ İDXALI, İXRACI,
TRANZİT NƏQL EDİLMƏSİ VƏ İSTEHSALI İLƏ ƏLAQƏDAR MÜBARİZƏ
TƏDBİRLƏRİ
Maddə 19 . Narkotik vasitələrin, psixotrop maddələrin qanunsuz dövriyyəsi və
onların prekursorlarının qanunsuz idxalı, ixracı, tranzit nəql edilməsi və istehsalı ilə
əlaqədar mübarizə tədbirləri
19.1. Narkotik vasitələrin, psixotrop maddələrin qanunsuz dövriyyəsinə və onların
prekursorlarının qanunsuz idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına qarşı
mübarizə tədbirlərinin həyata keçirilməsi zamanı narkomanlığın əleyhinə təbliğata və
narkotik vasitələrin, psixotrop maddələrin qanunsuz dövriyyəsi və onların prekursorlarının
qanunsuz idxalı, ixracı, tranzit nəql edilməsi və istehsalı ilə bağlı hüquq pozuntularının
profilaktikasına yönəlmiş fəaliyyətə üstünlük verilir.
19.2. Narkotik vasitələrin, psixotrop maddələrin qanunsuz dövriyyəsinin və onların
prekursorlarının qanunsuz idxalının, ixracının, tranzit nəql edilməsinin və istehsalının
qarşısının alınması məqsədilə:
19.2.1. narkotik vasitələrin, psixotrop maddələrin qanunsuz dövriyyəsi və onların
prekursorlarının qanunsuz idxalı, ixracı, tranzit nəql edilməsi və istehsalı yolları və üsulları
aşkar edilir və onların qarşısı alınır;
19.2.2. narkotik vasitələrin, psixotrop maddələrin qanunsuz dövriyyəsində və onların
prekursorlarının qanunsuz idxalında, ixracında, tranzit nəql edilməsində və istehsalında
iştirak edən şəxslər aşkar edilir və məsuliyyətə cəlb olunur;
19.2.3. narkotik vasitələrin, psixotrop maddələrin qanunsuz dövriyyəsi və onların
prekursorlarının qanunsuz idxalı, ixracı, tranzit nəql edilməsi və istehsalı ilə mübarizə üzrə
Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən ixtisaslaşdırılmış
bölmələr yaradıla bilər;[17]
19.2.4. narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının
qanunsuz hazırlanması, təchiz edilməsi və saxlanılması faktları aşkar edilir və bununla
əlaqədar Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş tədbirlər həyata
keçirilir;
19.2.5. tərkibində narkotik maddələr olan bitkilərin qanunsuz əkinləri aşkar və məhv
edilir;
19.2.6. narkomanlığın profilaktikası, narkomanlıq xəstəliyinə düçar olan şəxslərin
müalicəsi və onların reabilitasiyası, narkomanlığın yayılmasına təkan verən səbəblərin
aradan qaldırılması üçün zəruri olan tədbirlər həyata keçirilir;
19.2.7. narkotik vasitələrin, psixotrop maddələrin qanunsuz dövriyyəsi və onların
prekursorlarının qanunsuz idxalı, ixracı, tranzit nəql edilməsi və istehsalı ilə mübarizə
sahəsində görülən tədbirlər və onların nəticəsi barədə məlumatlar dərc edilməsi üçün
kütləvi informasiya vasitələrinə verilir;
19.2.8. narkotik vasitələrin, psixotrop maddələrin qanunsuz dövriyyəsi və onların
prekursorlarının qanunsuz idxalı, ixracı, tranzit nəql edilməsi və istehsalı ilə mübarizə
sahəsində beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsinə dair tədbirlər həyata keçirilir.
Maddə 20 . Narkotik vasitələrin, psixotrop maddələrin qanunsuz dövriyyəsində və
onların prekursorlarının qanunsuz idxalında, ixracında, tranzit nəql edilməsində və
istehsalında iştirak etmiş şəxslər barəsində tətbiq olunan məhdudiyyətlər
20.1. Narkotik vasitələrin, psixotrop maddələrin qanunsuz dövriyyəsi və onların
prekursorlarının qanunsuz idxalı, ixracı, tranzit nəql edilməsi və istehsalı ilə bağlı
məhdudiyyətlərin tətbiq edilməsinə aşağıdakı hallarda yol verilir:
20.1.1. şəxs narkomanlıq xəstəliyinə düçar olduqda;
20.1.2. şəxs narkotik vasitələrdən, psixotrop maddələrdən və onların
prekursorlarından sui-istifadəyə yol verdikdə;
20.1.3. şəxs narkotik vasitələrin, psixotrop maddələrin qanunsuz dövriyyəsində və
onların prekursorlarının qanunsuz idxalında, ixracında, tranzit nəql edilməsində və
istehsalında iştirak etdikdə.
20.2. Narkotik vasitələrin, psixotrop maddələrin qanunsuz dövriyyəsində və onların
prekursorlarının qanunsuz idxalında, ixracında, tranzit nəql edilməsində və istehsalında
iştirak etmiş və bununla əlaqədar məhkum olunmuş şəxslər, narkotik vasitələrin, psixotrop
maddələrin dövriyyəsi, onların prekursorlarının idxalı, ixracı, tranzit nəql edilməsi və
istehsalı ilə bağlı peşə növlərinə buraxılmırlar və mülkiyyət formasından asılı olmayaraq
narkotik vasitələrin, psixotrop maddələrin dövriyyəsində və onların prekursorlarının
idxalında, ixracında, tranzit nəql edilməsində və istehsalında iştirak edən idarə, müəssisə və
təşkilatlarda işə qəbul edilə bilməzlər.
20.3. Vətəndaşların hüquqlarının, qanuni mənafelərinin və dövlətin təhlükəsizliyinin
müdafiəsi məqsədilə narkomanlıq xəstəliyinə düçar olan şəxslər, o cümlədən narkotik
vasitələrin, psixotrop maddələrin istehlakı ilə məşğul olan və ya onlardan sui-istifadə edən
şəxslər üçün Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada
peşə fəaliyyətinin ayrı-ayrı növləri və yüksək təhlükə mənbəyi ilə bağlı olan fəaliyyətlə
məşğul olmağa məhdudiyyətlər qoyulur. Belə peşə növlərinin və vəzifələrin siyahısı
Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
20.4. Peşə fəaliyyətinin ayrı-ayrı növləri və yüksək təhlükə mənbəyi ilə bağlı olan
fəaliyyətlə məşğul olan şəxslər işə qəbul olunduqda, işlədiyi müddətdə ildə bir dəfədən az
olmayaraq dövlət narkoloji-tibb müəssisəsində tibbi müayinədən (tibbi yoxlamadan)
keçirlər. Belə şəxslərin tibbi müayinədən (tibbi yoxlamadan) keçməsi qaydaları Azərbaycan
Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
Maddə 21. Narkotik vasitələrin, psixotrop maddələrin, habelə onların
prekursorlarının və qanunsuz kultivasiya edilən tərkibində narkotik maddələr olan
bitkilərin (onların hissələrinin) miqdarı[18]
21.1. Narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan
miqdarı şəxsi istehlak üçün mümkün, hər bir narkotik vasitənin və ya psixotrop maddənin
ayrı-ayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Şəxsi istehlak üçün
nəzərdə tutulan narkotik vasitələrin və psixotrop maddələrin miqdarı onların təmiz və
qarışıq vəziyyətində ayrılıqda müəyyən olunur.
21.2. Qazanc əldə etmək məqsədilə narkotik vasitələrin və psixotrop maddələrin
qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin müəyyən edilməsi, belə şəxslərin Azərbaycan
Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətinə cəlb
edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarı, habelə
onların külli miqdarı müəyyən edilir.
21.3. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və
psixotrop maddələrin şəxsi istehlak miqdarından artıq və külli miqdarı, habelə onların
prekursorlarının və qanunsuz kultivasiya edilən tərkibində narkotik maddələr olan bitkilərin (onların
hissələrinin) xeyli və külli miqdarı müvafiq qanunlarla müəyyən edilir.[19]
Maddə 22. Narkotik vasitələrin, psixotrop maddələrin qanunsuz dövriyyəsi və
onların prekursorlarının qanunsuz idxalı, ixracı, tranzit nəql edilməsi və istehsalı ilə
əlaqədar qanun pozuntularına qarşı inzibati-hüquq tədbirləri
22.1. Narkotik vasitələrin, psixotrop maddələrin qanunsuz dövriyyəsi və onların
prekursorlarının qanunsuz idxalı, ixracı, tranzit nəql edilməsi və istehsalı ilə əlaqədar
inzibati məsuliyyət Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyi ilə nəzərdə
tutulmuş hallarda yaranır.
22.2. Prekursorlarla və onların hazırlanması üçün nəzərdə tutulmuş avadanlıqla bağlı
törədilən hüquq pozuntularına görə inzibati məsuliyyət yalnız onların narkotik vasitələrin
və psixotrop maddələrin qanunsuz dövriyyəsində istifadə edildiyi və ya belə istifadə üçün
nəzərdə tutulduğu hallarda yaranır.[20]
22.3. Narkotik vasitələrin və psixotrop maddələrin sui-istifadəsi və ya narkomanlıq
xəstəliyinə düçar olması ilə əlaqədar müalicə olunmuş şəxs narkotik vasitələrin, psixotrop
maddələrin qanunsuz dövriyyəsi və prekursorların qanunsuz idxalı, ixracı, tranzit nəql
edilməsi və istehsalı ilə əlaqədar inzibati məsuliyyətə cəlb edildikdə onun müalicə olunduğu
narkoloji-tibb müəssisəsi bu barədə məlumatlandırılır.
Maddə 23 . Narkotik vasitələrin, psixotrop maddələrin qanunsuz dövriyyəsi və
onların prekursorlarının qanunsuz idxalı, ixracı, tranzit nəql edilməsi və istehsalı ilə
əlaqədar cinayət-hüquq tədbirləri
23.1. Narkotik vasitələrin və ya psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar
cinayət məsuliyyəti Azərbaycan Respublikasının cinayət qanunvericiliyi ilə nəzərdə
tutulduğu hallarda yaranır.
23.2. Narkotik vasitələrin və psixotrop maddələrin sui-istifadəsi və ya narkomanlıq
xəstəliyinə düçar olması ilə əlaqədar müalicə olunmuş şəxs narkotik vasitələrin, psixotrop
maddələrin qanunsuz dövriyyəsi və onların prekursorlarının qanunsuz idxalı, ixracı, tranzit
nəql edilməsi və istehsalı ilə əlaqədar cinayət məsuliyyətinə cəlb edildikdə onun müalicə
olunduğu narkolojitibb müəssisəsi bu barədə məlumatlandırılır.
V fəsil
NARKOTİK VASİTƏLƏRİN, PSİXOTROP MADDƏLƏRİN QANUNSUZ
DÖVRİYYƏSİ VƏ ONLARIN PREKURSORLARININ QANUNSUZ İDXALI, İXRACI,
TRANZİT NƏQL EDİLMƏSİ VƏ İSTEHSALI İLƏ ƏLAQƏDAR HƏYATA
KEÇİRİLƏN TƏDBİRLƏR
Maddə 24 . Narkotik vasitələrin, psixotrop maddələrin qanunsuz dövriyyəsi və
onların prekursorlarının qanunsuz idxalı, ixracı, tranzit nəql edilməsi və istehsalı ilə
əlaqədar həyata keçirilən tədbirlər
Narkotik vasitələrin, psixotrop maddələrin qanunsuz dövriyyəsinə və onların
prekursorlarının qanunsuz idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına qarşı
mübarizəni həyata keçirən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları
“Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən
edilmiş qaydada nəzarətli göndərişi həyata keçirmək, göndərilən yükləri, poçt
göndərişlərini yoxlamaq, nəzarət qaydasında narkotik vasitələri və psixotrop maddələri
almaq və qanunla nəzərdə tutulmuş digər əməliyyat-axtarış tədbirlərindən istifadə etmək
hüququna malikdirlər.
Maddə 25 . Tibbi müayinə
25.1. Tibbi müayinə yalnız narkotik sərxoşluq vəziyyətinin, narkotik vasitələrin və
psixotrop maddələrin istehlakı və insan bədəni daxilində narkotik vasitələrin və psixotrop
maddələrin gizlədilməsi hallarının müəyyən edilməsi məqsədilə Azərbaycan
Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada həyata keçirilir. Narkotik
sərxoşluq vəziyyətində olması və ya öz bədəni daxilində narkotik vasitələr və psixotrop
maddələr daşıması haqqında əsaslı şübhələr olan, habelə özündə narkotik vasitələr və
psixotrop maddələr aşkar edilmiş şəxs Azərbaycan Respublikasının qanunvericiliyi ilə
müəyyən edilmiş qaydada tibbi müayinədən keçirilir. Tibbi müayinə dövlət narkoloji-tibb
müəssisələrində həyata keçirilir.[21]
25.2. Tibbi müayinə həkim-narkoloq, həkim olmadıqda isə feldşer-narkoloq tərəfindən
Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada həyata keçirilir.
Şəxsin tibbi müayinədən keçməsi haqqında tərtib edilən rəydə onun narkotik sərxoşluq
vəziyyətində olub-olmaması, orqanizmdə insanın bioloji mühitlərinin tədqiqatı nəticəsində
aşkarlanan narkotik vasitələrin və psixotrop maddələrin növü, ehtiyac olduqda miqdarı və
təxmini istehlak etmə vaxtı əks etdirilməlidir.
25.3. Şəxsin tibbi müayinədən keçməsi qaydaları Azərbaycan Respublikasının müvafiq
icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur.
Maddə 26 . Narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin
tətbiq edilməsi
26.1. Cinayət törətmiş narkomanlıq xəstəliyinə düçar olan şəxslər Azərbaycan
Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada məcburi müalicə olunurlar.
Narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində bu xəstəliklə əlaqədar məcburi
müalicə tədbirləri, həmin şəxsə cinayət törətdiyinə görə cəza verməklə yanaşı, Azərbaycan
Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada məhkəmə tərəfindən tətbiq
edilir. Məcburi tədbirlərin tətbiqi zamanı istifadə olunan tibbi üsullar könüllü müalicəyə
müraciət etmiş xəstələrə tətbiq edilən üsullardan fərqlənmir və tibb elminin son
nailiyyətlərinə əsaslanır. Məcburi müalicəyə cəlb edilmiş xəstələrin cəzaçəkmə yerlərində
saxlama və müalicə rejimləri Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq
müəyyən olunur.
26.2. Azadlıqdan məhrumetmə ilə əlaqədar cəzaya məhkum edilməklə yanaşı,
barəsində məcburi müalicə tədbirləri tətbiq edilmiş şəxslər cəza çəkdikləri müddət ərzində
Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada müalicə
olunurlar.
26.3. Azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan cəzaya məhkum edilməklə
yanaşı, barəsində məcburi müalicə tədbirləri tətbiq edilmiş şəxslər Azərbaycan
Respublikasının müvafiq icra hakimiyyəti orqanı yanında təşkil edilmiş ixtisaslaşdırılmış
tibb müəssisəsində stasionar və ya ambulator müalicə olunurlar. İxtisaslaşdırılmış tibb
müəssisəsində məcburi müalicənin şərtləri və qaydaları Azərbaycan Respublikasının
müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azadlıqdan məhrum etmə ilə
əlaqədar olmayan cəzaya məhkum edilməklə yanaşı, alkoqolizm və ya narkomaniyadan müalicə
məqsədi ilə barəsində tibbi xarakterli məcburi tədbirlər təyin edilmiş şəxslərin ixtisaslaşdırılmış tibb
müəssisəsində məcburi müalicəsi barədə məhkəmə qərarının tələblərinin yerinə yetirilməsinə icra
məmuru tərəfindən nəzarət edilir.[22]
26.3-1. İnzibati həbs nəzərdə tutan inzibati xəta törətmiş, narkomaniyadan müalicəyə ehtiyacı
olan şəxslərə inzibati həbs tənbeh növü tətbiq edilərkən Azərbaycan Respublikasının İnzibati Xətalar
Məcəlləsi ilə müəyyən edilmiş qaydada məhkəmə tərəfindən məcburi müalicə təyin edilir.[23]
26.4. Cinayət və ya inzibati həbs nəzərdə tutan inzibati xəta törətməmiş, lakin öz davranış
və hərəkətləri nəticəsində dəfələrlə yaxın qohumlarına maddi və mənəvi zərər yetirmiş,
uşaqların tərbiyəsinə mənfi təsir göstərmiş, onların hüquqlarını kobudcasına pozmuş, təklif
olunmuş könüllü müalicədən dəfələrlə imtina etmiş narkomanlıq xəstəliyinə düçar olan
şəxslər barəsində Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə uyğun olaraq
məcburi tibbi tədbirlər tətbiq edilir.
[24]
26.5. Əlillər, sağlamlıq imkanları məhdud 18 yaşınadək şəxslər, hamilə qadınlar və südəmər
uşaqları olan analar, 60 yaşından yuxarı olan kişilər və 55 yaşından yuxarı olan qadınlar, eləcə də
siyahısı Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunmuş
xəstəlikləri olan şəxslər barəsində müalicə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən
edilmiş qaydalara əsasən tətbiq olunur.[25]
26.6. Narkomanlıq xəstəliyinə düçar olan şəxslərin məcburi müalicəyə göndərilməsi
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi, Azərbaycan Respublikasının İnzibati
Xətalar Məcəlləsi, Azərbaycan Respublikasının Cinayət Məcəlləsi, Azərbaycan Respublikasının
Cinayət-Prosessual Məcəlləsi və Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsi ilə
müəyyən edilmiş qaydada həyata keçirilir.[26]
Maddə 27 . Narkoloji-tibb müəssisəsində məcburi müalicədə olan narkomanlıq
xəstəliyinə düçar olan şəxslərin məcburi müalicədən vaxtından əvvəl azad edilməsi
27.1. Narkoloji-tibb müəssisəsində məcburi müalicədə olan narkomanlıq xəstəliyinə
düçar olan şəxslər aşağıdakı hallarda məcburi müalicədən vaxtından əvvəl azad edilirlər:
[27]
27.1.1. narkoloji-tibb müəssisəsində qalmasına maneçilik törədən ağır xəstəliyə düçar
olduqda;
27.1.2. narkomanlıq xəstəliyindən müalicənin başlanması vaxtından azı 6 ay
keçdikdən sonra müalicənin davam etdirilməsinə olan zərurət aradan qalxdıqda.
27.2. Məcburi müalicədə olan narkomanlıq xəstəliyinə düçar olan şəxslərin narkolojitibb müəssisəsindən vaxtından əvvəl azad edilməsi həmin müəssisənin müdiriyyətinin
təqdimatı və həkim-məsləhət komissiyasının rəyi nəzərə alınmaqla yerli məhkəmənin qərarı
əsasında həyata keçirilir.[28]
Maddə 28. Narkoloji-tibb müəssisəsində məcburi müalicədə olan narkomanlıq
xəstəliyinə düçar olan şəxslərin məcburi müalicə müddətinin uzadılması
Narkoloji-tibb müəssisəsində məcburi müalicədə olan narkomanlıq xəstəliyinə düçar
olan şəxslər mütəmadi olaraq müalicə rejimini pozduqda və bununla əlaqədar həyata
keçirilən müalicə tədbirləri müsbət nəticə vermədikdə, Azərbaycan Respublikasının Mülki
Prosessual Məcəlləsinə, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə və Azərbaycan
Respublikasının Cinayət-Prosessual Məcəlləsinə uyğun olaraq məhkəmənin qərarı əsasında belə
şəxslərin məcburi müalicə müddəti uzadıla bilər.[29]
Maddə 29. Narkotik vasitələrin, psixotrop maddələrin qanunsuz dövriyyəsi və
onların prekursorlarının qanunsuz idxalı, ixracı, tranzit nəql edilməsi və istehsalı ilə
əlaqədar əməliyyat-axtarış fəaliyyəti
Narkotik vasitələrin, psixotrop maddələrin qanunsuz dövriyyəsi və onların
prekursorlarının qanunsuz idxalı, ixracı, tranzit nəql edilməsi və istehsalı ilə əlaqədar hüquq
pozuntularının aşkar edilməsi məqsədilə bu Qanunun 24-cü maddəsində nəzərdə tutulmuş
əməliyyat-axtarış tədbirləri həyata keçirilir.
Maddə 30. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının
nəzarətli göndərişi
30.1. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının nəzarətli
göndərişi – narkotik vasitələrin, psixotrop maddələrin qanunsuz dövriyyəsi və onların
prekursorlarının qanunsuz idxalı, ixracı, tranzit nəql edilməsi və istehsalı ilə mübarizə
sahəsində ibtidai araşdırma aparmaq səlahiyyətinə malik olan Azərbaycan Respublikasının
müvafiq icra hakimiyyəti orqanlarının nəzarəti altında Azərbaycan Respublikasının
qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada Azərbaycan Respublikasının ərazisində
qanunsuz hesab edilən və ya şübhə doğuran narkotik vasitələrin, psixotrop maddələrin və
onların prekursorlarının daşınması, göndərilməsi və ya digər üsulla yerinin
dəyişdirilməsidir.
30.2. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının nəzarətli
göndərişinin həyata keçirilməsinə yalnız mütəşəkkil dəstə və ya cinayətkar birlik
(cinayətkar təşkilat) tərəfindən narkotik vasitələrin, psixotrop maddələrin qanunsuz
dövriyyəsi və onların prekursorlarının qanunsuz idxalı, ixracı, tranzit nəql edilməsi və
istehsalı sahəsində törədilən və ya hazırlanan cinayətlərin qarşısının alınması, açılması,
həmin cinayətləri törədən şəxslərin vaxtında aşkar edilməsi və onların cinayət
məsuliyyətinə cəlb edilməsi məqsədilə yol verilir.
30.3. Nəzarətli göndərişin keçirilməsinə dair qərar yalnız narkotik vasitələrin,
psixotrop maddələrin qanunsuz dövriyyəsi və onların prekursorlarının qanunsuz idxalı,
ixracı, tranzit nəql edilməsi və istehsalı ilə mübarizə sahəsində ibtidai araşdırma aparmaq
səlahiyyətinə malik olan Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları
tərəfindən qəbul edilir.
[30]
Həmin qərarda istifadə edilən narkotik vasitənin, psixotrop maddənin və ya onların
prekursorlarının əldə edilməsinin mənbəyi və miqdarı barədə məlumatlar mütləq
göstərilməlidir.
30.4. Nəzarətli göndərişin həyata keçirilməsinə dair qərarı qəbul etmək səlahiyyətinə
malik olan Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları həmin
əməliyyatın Azərbaycan Respublikasının ərazisində aparılmasına bilavasitə rəhbərlik
edirlər.
Maddə 31 . Nəzarət qaydasında qanunsuz hesab edilən narkotik vasitələrin,
psixotrop maddələrin və onların prekursorlarının alınması
Narkotik vasitələrin, psixotrop maddələrin qanunsuz dövriyyəsi və onların
prekursorlarının qanunsuz idxalı, ixracı, tranzit nəql edilməsi və istehsalı ilə əlaqədar
cinayətkar fəaliyyət haqqında sübut əldə etmək məqsədilə Azərbaycan Respublikasının
müvafiq icra hakimiyyəti orqanlarının əməkdaşları “Əməliyyat-axtarış fəaliyyəti haqqında”
Azərbaycan Respublikasının Qanununa uyğun olaraq nəzarət qaydasında narkotik
vasitələr, psixotrop maddələr və onların prekursorlarını almaq hüququna malikdirlər.
Maddə 32 . Müsadirə
32.1. Qanunsuz dövriyyədə olan narkotik vasitələr, psixotrop maddələr və onların
prekursorları, eləcə də onların qanunsuz hazırlanması üçün istifadə edilən alət və avadanlıq,
habelə narkotik vasitələrin, psixotrop maddələrin qanunsuz dövriyyəsində və onların
prekursorlarının qanunsuz idxalında, ixracında, tranzit nəql edilməsində və istehsalında
istifadə edilən və bunun nəticəsində əldə olunan əmlak və maliyyə vəsaitləri aşkar edildikdə
onlar barəsində Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş tədbirlər
görülür.
32.2. Qanunsuz dövriyyədən çıxarılmış və ya müsadirə olunmuş narkotik vasitələrin,
psixotrop maddələrin və onların prekursorlarının məhv edilməsi yalnız Azərbaycan
Respublikasının məhkəmə, prokurorluq və Azərbaycan Respublikasının müvafiq icra
hakimiyyəti orqanlarının nümayəndələrindən ibarət tərkibdə yaradılmış komissiya
tərəfindən Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada
həyata keçirilir.
32.3. Narkotik vasitələrin, psixotrop maddələrin qanunsuz dövriyyəsi və onların
prekursorlarının qanunsuz idxalı, ixracı, tranzit nəql edilməsi və istehsalı ilə əlaqədar
cinayət-hüquq tədbirlərinin tətbiq edilməsi nəticəsində müsadirə olunmuş və dövlət
hesabına yönəldilmiş əmlak, yalnız narkomanlığın profilaktikasına və narkomanlıq
xəstəliyinə düçar olan şəxslərin müalicəsinə və sosial reabilitasiyasına sərf edilir.
VI fəsil
YEKUN MÜDDƏALAR
Maddə 33 . Qanunun qüvvəyə minməsi qaydası
33.1. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.
33.2. Bu Qanun qüvvəyə mindiyi gündən “Narkotik vasitələrin, psixotrop maddələrin
və prekursorların qanunsuz dövriyyəsi ilə mübarizə haqqında” 1999-cu il 18 iyun tarixli
Azərbaycan Respublikasının Qanunu qüvvədən düşmüş hesab edilsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 28 iyun 2005-ci il
№ 959-IIQ
İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI
1. 17 aprel 2007-ci il tarixli 316-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu(Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 5, maddə 437)
2. 1 oktyabr 2007-ci il tarixli 418-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu(Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 10, maddə 932)
3. 9 oktyabr 2007-ci il tarixli 429-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 10, maddə 938)
4. 13 iyun 2008-ci il tarixli 648-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu
(Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, №7, maddə 602)
5. 30 dekabr 2008-ci il tarixli 753-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti 16 yanvar 2009-cu il, № 16, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il,
№01, maddə 6)
6. 28 oktyabr 2014-cü il tarixli 1101-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika”
qəzeti, 2 dekabr 2014-cü il, № 263; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü
il, № 11, maddə 1374)
7. 6 oktyabr 2015-ci il tarixli 1366-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika”
qəzeti, 14 noyabr 2015-ci il, № 250, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il,
№ 11, maddə 1273)
8. 17 may 2016-cı il tarixli 249-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti,
9 iyul 2016-cı il, № 145, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 6,
maddə 992)
9. 29 noyabr 2016-cı il tarixli 420-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti, 29 yanvar 2017-ci il, № 20, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il,
№1 , maddə 8)
10. 17 noyabr 2017-ci il tarixli 879-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti, 2 dekabr 2017-ci il, № 266, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il,
№11 , maddə 1982)
11. 1 may 2018-ci il tarixli 1118-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti,
1 iyun 2018-ci il, № 122)
QANUNA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI
[1] 17 noyabr 2017-ci il tarixli 879-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti, 2 dekabr 2017-ci il, № 266, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, №11 ,
maddə 1982) ilə 1.0.6-cı maddəyə “və ya” sözlərindən sonra “onların (onların hissələrinin)” sözləri əlavə
edilmişdir.
[2] 29 noyabr 2016-cı il tarixli 420-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti, 29 yanvar 2017-ci il, № 20, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, №1 ,
maddə 8) ilə yeni məzmunda 5.4-cü maddə əlavə edilmişdir.
[3] 9 oktyabr 2007-ci il tarixli 429-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 10, maddə 938) ilə 6-cı maddənin adında, 6.1-6.3-cü
maddələrdə ismin müvafiq hallarında “lisenziya” sözündən əvvəl “icazə və ya” sözləri əlavə edilmişdir.
28 oktyabr 2014-cü il tarixli 1101-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika”
qəzeti, 2 dekabr 2014-cü il, № 263; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 11,
maddə 1374) ilə 6.4-cü maddənin birinci cümləsində “keçirilə bilər” sözləri “keçirilir” sözü ilə əvəz
edilmişdir.
[4] 30 dekabr 2008-ci il tarixli 753-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti 16 yanvar 2009-cu il, № 16, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, №01,
maddə 6) ilə 7.1.4-cü maddədə “edilməsi” sözündən sonra “, habelə məhv edilməsi nəzərdə tutulan narkotik
vasitələrdən müvafiq icra hakimiyyəti orqanlarının kinoloji xidmətləri tərəfindən narkotik vasitələrin
axtarışı üzrə aparılan təlimlərdə istifadə olunması” sözləri əlavə edilmişdir.
[5] 1 oktyabr 2007-ci il tarixli 418-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu(Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 10, maddə 932) ilə 7.2-ci maddəsindən “, habelə 7.1.9-
cu maddəsində nəzərdə tutulmuş dövlət proqramı” sözləri çıxarılmışdır.
[6] 17 noyabr 2017-ci il tarixli 879-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti, 2 dekabr 2017-ci il, № 266, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, №11 ,
maddə 1982) ilə 8.2-ci maddədə “üç” sözü “dörd” sözü ilə əvəz edilmişdir.
[7] 17 noyabr 2017-ci il tarixli 879-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti, 2 dekabr 2017-ci il, № 266, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, №11 ,
maddə 1982) ilə 8.2.3-cü maddədə nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilmişdir və yeni məzmunda
8.2.4-cü maddə əlavə edilmişdir.
[8] 28 oktyabr 2014-cü il tarixli 1101-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika”
qəzeti, 2 dekabr 2014-cü il, № 263; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 11,
maddə 1374) ilə 8.3-cü maddədə “edə bilər” sözləri “edir” sözü ilə əvəz edilmişdir.
[9] 28 oktyabr 2014-cü il tarixli 1101-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika”
qəzeti, 2 dekabr 2014-cü il, № 263; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 11,
maddə 1374) ilə 9.3.8-ci maddədə “məsələləri” sözü “tənzimlənmə məsələləri” sözləri ilə əvəz edilmişdir.
[10] 30 dekabr 2008-ci il tarixli 753-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti 16 yanvar 2009-cu il, № 16, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, №01,
maddə 6) ilə 13-cü maddənin adında “və tədris” sözləri “, tədris və təlim” sözləri ilə əvəz edilmişdir.
[11] 9 oktyabr 2007-ci il tarixli 429-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 10, maddə 938) ilə 13-cü maddədən “bu növ fəaliyyət
üçün lisenziya (xüsusi razılıq)” sözləri “icazə” sözü ilə əvəz edilmişdir.
[12] 30 dekabr 2008-ci il tarixli 753-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti 16 yanvar 2009-cu il, № 16, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, №01,
maddə 6) ilə 13-cü maddənin mətni 13.1-ci maddə hesab edilsin və yeni məzmunda 13.2-ci maddə əlavə
edilmişdir.
[13] 28 oktyabr 2014-cü il tarixli 1101-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika”
qəzeti, 2 dekabr 2014-cü il, № 263; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 11,
maddə 1374) ilə 15-ci maddədə “Azərbaycan Respublikasının qanunvericiliyi” sözləri “Əməliyyat-axtarış
fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunu” sözləri ilə əvəz edilmişdir.
[14] 9 oktyabr 2007-ci il tarixli 429-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 10, maddə 938) ilə 17-ci maddədə “lisenziya”
sözündən əvvəl “icazə və ya” sözləri əlavə edilmişdir.
[15] 9 oktyabr 2007-ci il tarixli 429-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 10, maddə 938) ilə 18.1-ci maddədə “dövriyyəsi ilə
bağlı fəaliyyət növünə lisenziya (xüsusi razılıq)” sözləri “dövriyyəsinə icazə” sözləri ilə əvəz edilmişdir.
[16] 9 oktyabr 2007-ci il tarixli 429-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 10, maddə 938) ilə 18.2-ci maddədə “lisenziya (xüsusi
razılıq)” sözləri “icazə” sözü ilə əvəz edilmişdir.
[17] 17 aprel 2007-ci il tarixli 316-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu(Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 5, maddə 437) ilə 19.2.3-cü maddəsi çıxarılmışdır.
[18] 1 may 2018-ci il tarixli 1118-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti, 1 iyun 2018-ci il, № 122) ilə 21-ci maddənin adı yeni redaksiyada verilmişdir.
Əvvəlki redaksiyada deyilirdi:
Narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak miqdarı
[19] 1 may 2018-ci il tarixli 1118-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti, 1 iyun 2018-ci il, № 122) ilə 21.3-cü maddə yeni redaksiyada verilmişdir.
Əvvəlki redaksiyada deyilirdi:
21.3. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop
maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları Azərbaycan Respublikasının qanunu ilə
təsdiq edilir.
[20] 1 may 2018-ci il tarixli 1118-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti, 1 iyun 2018-ci il, № 122) ilə 22.2-ci maddə ləğv edilmişdir.
[21] 28 oktyabr 2014-cü il tarixli 1101-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika”
qəzeti, 2 dekabr 2014-cü il, № 263; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 11,
maddə 1374) ilə 25.1-ci maddənin birinci və ikinci cümlələrində və 25.2-ci maddənin birinci cümləsində
“keçirilə bilər” sözləri “keçirilir” sözü ilə əvəz edilmişdir.
[22] 17 may 2016-cı il tarixli 249-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti, 9 iyul 2016-cı il, № 145, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 6, maddə
992) ilə 26.3-cü maddəsinə yeni məzmunda üçüncü cümlə əlavə edilmişdir.
[23] 6 oktyabr 2015-ci il tarixli 1366-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika”
qəzeti, 14 noyabr 2015-ci il, № 250, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, № 11,
maddə 1273) ilə yeni məzmunda 26.3-1-ci maddə əlavə edilmişdir.
[24] 28 oktyabr 2014-cü il tarixli 1101-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika”
qəzeti, 2 dekabr 2014-cü il, № 263; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 11,
maddə 1374) ilə 26.4-cü maddədə “edilə bilər” sözləri “edilir” sözü ilə əvəz edilmişdir.
6 oktyabr 2015-ci il tarixli 1366-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika”
qəzeti, 14 noyabr 2015-ci il, № 250, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, № 11,
maddə 1273) ilə 26.4-cü maddəyə “Cinayət” sözündən sonra “və ya inzibati həbs nəzərdə tutan inzibati xəta”
sözləri əlavə edilmişdir, “qanunvericiliyinə” sözü “Mülki Prosessual Məcəlləsinə” sözləri ilə əvəz
edilmişdir.
[25] 13 iyun 2008-ci il tarixli 648-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu
(Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, №7, maddə 602) ilə 26.5-ci
maddəsində “Əlillər” sözündən sonra “, sağlamlıq imkanları məhdud 18 yaşınadək şəxslər” sözləri əlavə
edilmişdir.
[26] 28 oktyabr 2014-cü il tarixli 1101-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika”
qəzeti, 2 dekabr 2014-cü il, № 263; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 11,
maddə 1374) ilə 26.6-cı maddədə “qanunvericiliyi” sözü “Mülki Prosessual Məcəlləsi” sözləri ilə əvəz
edilmişdir.
6 oktyabr 2015-ci il tarixli 1366-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika”
qəzeti, 14 noyabr 2015-ci il, № 250, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, № 11,
maddə 1273) ilə 26.6-cı maddədə “Mülki Prosessual Məcəlləsi” sözlərindən sonra “, Azərbaycan
Respublikasının İnzibati Xətalar Məcəlləsi və Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsi”
sözləri əlavə edilmişdir.
1 may 2018-ci il tarixli 1118-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti,
1 iyun 2018-ci il, № 122) ilə 26.6-cı maddəyə “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi”
sözlərindən sonra “, Azərbaycan Respublikasının Cinayət Məcəlləsi, Azərbaycan Respublikasının CinayətProsessual Məcəlləsi” sözləri əlavə edilmişdir.
[27] 28 oktyabr 2014-cü il tarixli 1101-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika”
qəzeti, 2 dekabr 2014-cü il, № 263; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 11,
maddə 1374) ilə 27.1-ci maddədə “edilə bilərlər” sözləri “edilirlər” sözü ilə əvəz edilmişdir.
[28] 1 may 2018-ci il tarixli 1118-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti, 1 iyun 2018-ci il, № 122) ilə 27.2-ci maddədə “tibbi rəyi” sözləri “həkim-məsləhət komissiyasının
rəyi” sözləri ilə əvəz edilmişdir.
[29] 28 oktyabr 2014-cü il tarixli 1101-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika”
qəzeti, 2 dekabr 2014-cü il, № 263; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 11,
maddə 1374) ilə 28-ci maddədə “qanunvericiliyinə” sözü “Mülki Prosessual Məcəlləsinə” sözləri ilə əvəz
edilmişdir.
6 oktyabr 2015-ci il tarixli 1366-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika”
qəzeti, 14 noyabr 2015-ci il, № 250, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, № 11,
maddə 1273) ilə 28-ci maddədə “narkoloji-tibb müəssisəsinin müdiriyyətinin təqdimatı və tibbi rəyi nəzərə
alınmaqla Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə uyğun olaraq yerli” sözləri
“Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə, Azərbaycan Respublikasının İnzibati Xətalar
Məcəlləsinə və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə uyğun olaraq” sözləri ilə əvəz
edilmişdir.
[30] 28 oktyabr 2014-cü il tarixli 1101-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika”
qəzeti, 2 dekabr 2014-cü il, № 263; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 11,
maddə 1374) ilə 30.3-cü maddədə “edilə bilər” sözləri “edilir” sözü ilə əvəz edilmişdir.