preloader
Azərbaycan Tibb Universitetində QİÇS-lə bağlı növbəti maarifləndirici tədbir təşkil olunub

Azərbaycan Tibb Universitetində QİÇS-lə bağlı növbəti maarifləndirici tədbir təşkil olunub

Azərbaycan Tibb Universitetində QİÇS-lə bağlı növbəti maarifləndirici tədbir təşkil olunub

Səhiyyə Nazirliyi Respublika QİÇS-lə Mübarizə Mərkəzinin (RQMM) təşəbbüsü ilə Azərbaycan Tibb Universitetində “Özünü QİÇS-dən qoru” adlı növbəti maarifləndirici tədbir keçirilib.

Universitetin Tərbiyə işləri üzrə prorektoru, dosent Mahir Səfərov belə bir tədbirin keçirilməsinin zərurətdən yarandığını qeyd edib. O, bildirib ki, ölkəmizdə İİV/QİÇS-ə qarşı mübarizədə xeyli işlər görülməsinə baxmayaraq, bu istiqamətdə maarifləndirmənin aparılmasına ehtiyac var.

Tədbirdə iştirak edən RQMM-in direktoru Famil Məmmədov, direktor müavini Günəş Cəfərova “Azərbaycanda İİV/QİÇS-lə bağlı epidemioloji vəziyyət və xəstəliyin idarə edilməsində müasir yanaşmalar” mövzusunda təqdimatla çıxış edib, xəstəlik və virusun yoluxma yolları, profilaktikası, müayinəsi və müalicəsi kimi məsələlərə aydınlıq gətiriblər.

Mütəxəssislər İİV/QİÇS mövzusunun təkcə ölkəmiz üçün deyil, eyni zamanda bəşəriyyət üçün aktual və qlobal problem olduğunu qeyd ediblər. Bildiriblər ki, dünyada İİV virusundan 40 milyona yaxın insan əziyyət çəkir. Onlardan antiretrovirus terapiyaya, yəni müalicəyə cəlb olunmuşların sayı 30,7 milyon nəfər təşkil edir. Hər il İİV-ə yeni yoluxanların sayının artması qeydə alınır. Əhalimizin sayının çox olmasına baxmayaraq, aparılan əks-epidemik, profilkatik tədbirlər sayəsində ölkəmizdə İİV yayılma və xəstəliyin göstəricisinə görə ən aşağı səviyyədədir.

Natiqlər çıxışlarında ölkəmizdə aparılan anonim müayinlərdən də söhbət açıblar: müayinələrin hazırda hərtərəfli həyata keçirildiyini, respublikanın bütün struktur və bölkmələrində İİV-ə müayinə üçün hər cür şərait yaradığını, ictimai yerlərdə belə səyyar müayinələrin aparıldığını vurğulayıblar.

Tədbir zamanı həkimlərə ünvanlanan suallar ətraflı şəkildə cavblandırıb. Növbəti müayinələrdən birinin ATU-da təşkil olunacağı tədbir iştirakçılarının diqqətinə çatdırılıb.

Sonda tədbir iştirakçılarına İİV/QİÇS-ə aid broşurlar, RQMM əməkdaşlarının hazırladığı metodiki vəsaitlər paylanıb.