preloader
Azərbaycan Dövlət Reklam Agentliyi maarifləndirici missiyamıza qoşulub

Azərbaycan Dövlət Reklam Agentliyi maarifləndirici missiyamıza qoşulub

Azərbaycan Dövlət Reklam Agentliyi maarifləndirici missiyamıza qoşulub

Səhiyyə Nazirliyi Respublika QİÇS-lə Mübarizə Mərkəzinin maarifləndirici missiyasına Azərbaycan Dövlət Reklam Agentliyi də qoşulub.

Respublika QİÇS-lə Mübrizə Mərkəzi tərəfindən hazırlanmış maarifləndirici videoçarxlar Agentliyin dəstəyi ilə şəhərin müxtəlif ərazilərində yerləşən reklam lövhələrində yayımlanıb. Bu isə məlumatların əhaliyə daha geniş şəkildə çatmasına imkan yaradıb.

Bu sosial əhəmiyyətli təşəbbüs sayəsində minlərlə insanın QİÇS-lə bağlı profilaktik məzmunlu məlumatlardan yararlanaraq öz statusunu dəqiqləşdirməsinə və infeksiya ilə mübarizədə daha tədbirli davranmasına xidmət edəcək.

İİV/QİÇS mövzusunda maarifləndirmə, insanların məlumatlılığının artırılması və sağlam davranışların təşviqi sahəsində göstərdikləri əməkdaşlığa görə Azərbaycan Dövlət Reklam Agentliyinə dərin təşəkkürümüzü bildiririk.