Səhiyyə Nazirliyi Respublika QİÇS-lə Mübarizə Mərkəzinin təşəbbüsü ilə Sumqayıt şəhəri İsmət Qayıbov adına 1 nömrəli tam orta məktəbdə “Sağlam gələcək sənin əlindədir” adlı maarifləndirici tədbir təşkil olunub.
Tədbirdə məktəbin yuxarı sinif şagirdləri və müəllim heyəti iştirak edib. Respublika QİÇS-lə Mübarizə Mərkəzinin Sumqayıt Regional Laboratoriyasının mütəxəssisi İlkanə Məhyəddinova xüsusi hazırlanmış təqdimatla çıxış edərək, İnsanın İmmunçatışmazlığı Virusu (İİV) və Qazanılmış İmmun Çatışmazlığı Sindromu (QİÇS) barədə ətraflı məlumat verib.
Tədbir zamanı İİV-in yoluxma yolları, ondan qorunma üsulları və müalicə imkanları barədə məlumat verilib. Gənclərin sağlam həyat tərzinə üstünlük vermələri, məsuliyyətli davranmaları və zərərli vərdişlərdən uzaq olmaları tövsiyə edilib.
Tədbir interaktiv formatda davam etdirilib: şagirdləri maraqlandıran suallar cavablandırılıb, maarifləndirici broşür və bukletlər paylanıb.
