preloader
QİÇS-ə qarşı vaksinin prototipi hazırlandı

QİÇS-ə qarşı vaksinin prototipi hazırlandı

QİÇS-ə qarşı vaksinin prototipi hazırlandı

Amerikalı molekulyar bioloqlar ilk dəfə olaraq İİV-ə (İnsanın İmmunçatışmazlığı Virusu) qarşı ilkin prototip vaksin hazırlayıblar.

Trend bu barədə xarici KİV-ə istinadən xəbər verir.

Bu vaksin pasiyentin orqanizminə ilk dəfə yeridildikdən sonra immun çatışmazlığı virusunu neytrallaşdırmaq qabiliyyətinə malikdir. Peyvəndin effektivliyi primatlar üzərində aparılan təcrübələrdə uğurla sınaqdan keçirilib.

“Biz heyvanların ilk immunizasiyasından dərhal sonra kiçik, lakin nəzərəçarpacaq neytrallaşdırıcı cavab əldə etməyə nail olduq ki, bu da indiyədək heç vaxt müşahidə olunmayıb.

Adətən İİV-ə qarşı digər vaksinlər immun sisteminin fəaliyyətinə yeddi, hətta on inyeksiyadan sonra əhəmiyyətli təsir göstərməyə başlayır. Bizim yaratdığımız “WIN332” immunogeni isə buna artıq ilk mərhələdə nail olmağa imkan verir”, – deyə Vistar İnstitutunun dosenti Ameliya Eskolano bildirib.